Korona ilə bağlı şok hesabat

ABŞ kəşfiyyatının COVID-19-la bağlı hesabatı ciddi müzakirəyə səbəb olub. Çin və koronavirus əlaqələrini araşdıran ABŞ kəşfiyyatının hesabatı ortaya çıxıb. Hesabatda COVID-19 virusunun bioloji silah kimi hazırlanmadığı nəticəsinə gəlindiyi qeyd edilib. Bununla belə hesabatda Uhan Viroloji İnstitutundan mümkün sızıntı haqqında da iddialara yer verilib. Milli Kəşfiyyat Direktorluğu tərəfindən cümə günü yayımlanan hesabatda koronavirusun Uhandakı Viroloji İnstitutundan…

Ərdoğan Qlazqo səfərindən imtina etdi

Türkiyə Prezidenti G20 dövlət başçılarının Romada keçirdiyi görüşdən sonra Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirak etməyəcək və Romadan Ankaraya qayıdacaq. Bu barədə İngiltərə media qurumu “Middle East Eye” mlumat yayıb. Media quruluşu bildirib ki, Şotlandiya rəsmiləri Türkiyənin istədiyi təhlükəsizlik protokollarının çoxunu qarşılaya bilməyəcəyini bildirdikdən sonra Ərdoğan Qlazqoa səfərini təxrirə salıb. Romadakı türk heyəti…

Kiyevdə sərt karantin

Noyabrın 1-dən Ukraynanın paytaxtı Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb. Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən COVID-19-un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib. Gücləndirilmiş karantin rejiminə əsasən COVID-19-a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq.…

Kiyevdə şanlı Qələbəmizin rəmzi olan “Dəmir yumruq”…  – Foto

Ukraynada fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimovun təşəbbüsü ilə , Azərbaycanın 8 noyabr şanlı Qələbə günü münasibətilə Kiyev şəhərində Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbord yerləşdirilib! Bilbordda,  “8 noyabr Azərbaycanın şanlı Qələbə günüdür”, “Qarabag Azərbaycandır”, “Dəmir yumruq” və “Xarıbülbül” çiçəyinin təsviri, “Krım və Donbas Ukraynadır”, şüarları əks olunur ! Bilbord…

“Makrona dedim ki, qardaşım Əliyev…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada qatıldığı G-20 sammiti çərçivəsində görüşdüyü fransalı həmkarı Emmanuel Makronla Ermənistan-Azərbaycan məsələsini müzakirə edib. Bu barədə Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib. “Makron görüşdə Cənubi Qafqazı gündəmə gətirdi. Dedim ki, mən ötən həftə orada olmuşam və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşım İlham Əliyev də bu müsbət addımları…

“Xankəndi tarixi Azərbaycan ərazisidir, mübadilə üçün heç bir əsas yoxdur, orada bayrağımız dalğalanacaq”

“”Xankəndinin Mehri ilə dəyişdirilməsi” kimi fikirlər ekspert səviyyəsində səsləndirilmiş fikirlərdir. Ümumiyyətlə, 1990-cı illərin əvvələrində ərazi mübadiləsi nəticəsində münaqişənin həll edilməsi ilə bağlı müxtəlif mülahizələr olub. Cənab Prezident İlham Əliyev də münaqişənin həll yolu barədə danışarkən qeyd edib ki, biz vaxtilə Dağlıq Qarabağ adlandırılan əraziyə ən yüksək status verməyə hazır idik, lakin Ermənistan qəbul etmədi. Nəticədə,…

Anar Sarıyev “Brand Of Azerbaijan Awards” mükafatı ilə təltif edilib

A Medianın GROUP un  təşkilatçılğı Hilton Hotelində təşkil olunan  “Brand Of Azerbaijan Awards” mükafatlandırma mərasimi və konsert proqramı təşkil edilmişdir. Rezonans.az xəbər verir ki, keçirilən mükafatlandırma mərasimində ictimaiyyət nümayəndələri, ictimai xadimlər, gənc iş adamları, mədəniyyət, təhsil, səhiyyə işçiləri və media rəhbərləri iştirak edib. “Brand Of Azerbaijan Awards” mükafatına ölkənin ictimai-siyasi, sosial həyatında fəal iştirak edərək, xüsusi xidmətləri olan tanınmış ictimai xadim Anar…

Prezident bir qrup şəxsi təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Abbasov Rafail Əli oğlu Abbasov Rəhim Abbas oğlu Ağayev Səmədağa Qasım oğlu Ansuxskiy Abdulqədir Əli oğlu Babayev Məhəmməd Həsənağa…

İsfar Sarabski Brüsseldə Zəfər Günü münasibətilə konsert verib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti,…

Yer kürəsində təhlükəli virus yaranacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə o, Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib. ÜST rəhbəri bildirib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır. “Bu pandemiyaya son qoysaq belə, onun…