Azay Quliyev ATƏT-in Nazirlər Şurasının iclasında

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev noyabrın 30-dan dekabrın 3-nə kimi İsveçin paytaxtı Stokholm şəhərində səfərdə olacaq. Səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında və digər tədbirlərdə iştirak edəcək. ATƏT PA-nın prezidenti Margareta Sedelfert, ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin Xarici işlər naziri Ann Linde…

Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzu…

Komitə sədri ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 Noyabr – Zəfər Günü münasibətilə ABŞ-ın Florida ştatında Azərbaycan icmasının nümayəndələri ilə keçirilən tədbirdə 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə də görüşüb. Komitə sədri bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıq “Novıy rubej” jurnalının təsisçisi Nobert…

“Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”

“Biz İslamabad-Tehran-İstanbul magistral yolunun istismara verilməsi və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılması səylərini alqışlayırıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb. “Ölkəmizlə regionumuz arasında birbaşa magistral əlaqə yaradacaq Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”, – dövlət başçısı qeyd edib.

“İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri…”

İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir. Bunu İran prezidenti İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) XV zirvə toplantısının kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib. “Üç ölkənin çoxlu mədəni, dini ortaqlıqları vardır. Eyni zamanda bu münasibətlərdə problemin yaranmasına icazə vermək olmaz” -deyə o bildirib. İran prezidenti…

“İƏT-ə üzv ölkələrin Azərbaycanı təbrik etməsi tarixi hadisədir”

“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik etməsi Azərbaycan xalqı üçün tarixi hadisədir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib. Dövlət başçısı bildirib: “Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz…

İlham Əliyev Pakistan Prezidenti ilə görüşdü

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub. Görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi. Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı…

İlham Əliyev: “Bundan sonra İranla əlaqələr…”

“Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”. Bunu Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. “Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər…

Azərbaycan və İran liderləri Zəngəzur dəhlizini müzakirə etdi

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib. Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması…

İlham Əliyev Tacikistan Prezidenti ilə görüşdü

Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.