Prezident: “Çalışacağıq ki, ilin əvvəli zəngilanlıları Zəngilana köçürməyə başlayaq”

“İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad…

Azərbaycan Prezidenti İranla münasibətlər çərçivəsində növbəti humanist addım atıb

Azərbaycan Prezidenti İlham Əliyev İrana münasibətdə növbəti humanist addım atıb. Bu günlərdə İranın Naxçıvandakı Konsulluğu Naxçıvan Muxtar Respublikasının penitensiar müəssisəsində cəza çəkən iki İran vətəndaşının ölkəsinə təhvil verilməsi barədə açıqlama yaymışdı. Məhbuslardan biri narkotik maddə saxlamaqda, digəri isə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib. EDNews.net bununla əlaqədar Azərbaycanda saxlanılan iranlı məhkumlarla bağlı araşdırma aparıb, aidiyyəti dövlət orqanlarının…

“44” hər yerdən görünəcək

Xəbər verdiyimiz kimi, Füzulidə Zəfər Parkı və İşğal muzeyi salınacaq. Parkda, həmçinin Zəfər abidəsi də qurulacaq. Lövhədə Füzulidə ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimizin adları əks olunacaq. Abidənin davamında 44 sütun olacaq ki, ümumi 44 simvolunu əks etdirəcək. Bu, yuxarıdan, ümumiyyətlə hər tərəfdən görünəcək. Qeyd edək ki, layihənin müəllifi Rəşad Mehdiyevdir. Onu da əlavə edək…

Slovakiyadan minatəmizləmə texnikası gətirilir

Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 günlük davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələsini müzakirə etdik. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə keçirdikləri mətbuat konfransında deyib.…

Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər

Macarıstan şirkətləri Macarıstan İxracın Təşviqi Agentliyi ilə birlikdə 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Sərgi Mərkəzində keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” sərgisində iştirak edəcəklər. Macarıstan şirkətləri Macarıstan stendində Azərbaycanın azad edilmiş ərazilərində tikinti və yenidənqurma layihələri üçün tikinti sənayesi və digər sahələrdə öz texnologiyalarını və həllərini təqdim edəcəklər.

BƏƏ-nin Dubay şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib. Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Komitə əməkdaşlarının mütəmadi olaraq xarici…

Yaponiya izləyicilərinə Azərbaycanın Müstəqilliyinin Bərpası Günündən bəhs edilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Yaponiyanın tanınmış aparıcısı Kazuyasu İsidanın Youtube kanalındakı “Sərhədləri aşanlar 3.0” proqramında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş xüsusi buraxılış yayımlanıb. Verilişdə iştirak edən Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AzərTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin 30 il öncə əldə etdiyi…

NATO-nun xüsusi nümayəndəsi Azərbaycana təşəkkür etdi

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, Ceyhun Bayramov ölkəmizin NATO ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşdüyünü ifadə edərək, bir sıra istiqamətlərdə həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. Azərbaycanın…

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyi ilə bağlı təbrikə görə təşəkkür edib. Azərbaycan parlamentinin sədri bu barədə özünün tviterdəki hesabında yazıb. “Hörmətli həmkarım, Pakistan Milli Assambleyasının sədri cənab Əsəd Qeyserə daimi dəstəyinə görə təşəkkür edirəm. Xalqlarımızın ortaq tarixindən qaynaqlanan Azərbaycan və Pakistan arasındakı qardaşlıq…

Azərbaycan və Latviya deputatları arasında görüş

Azərbaycan və Latviya parlamentlərinin dostluq qruplarının görüşündə Oktyabrın 18-də Azərbaycan və Latviya qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib. Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş “Müstəqilliyin bərpası günü” münasibətilə Milli Məclis üzvlərini təbrik edib. Azərbaycan və Latviyanın müstəqilliklərinin bərpası yolunda oxşarlıqlara diqqət çəkən Roman Naudinş cari…