Moskva NATO-ya son xəbərdarlığını etdi

“NATO Polşaya nüvə bombası yerləşdirsə Rusiya adekvat cavab verəcək”. Kremlin mətbuat katibi Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya NATO-ya cavab olaraq Belarusa nüvə bombası yerləşdirə bilər. “NATO-nun Polşaya nüvə bomba yerləşdirəcəyi təqdirdə, Belarus öz torpaqlarına bu silahlardan yerləşdirilməsi üçün Rusiyaya təklif irəli sürəcək” – deyə Peskov bildirib.

ABŞ-ın siyasəti III Dünya müharibəsinə gətirib çıxaracaq

“ABŞ-ın məsuliyyətsiz xarici siyasəti dünyanı III Dünya Müharibəsinə aparır”. Bu barədə meksikalı professor Con Sakse-Fernandes “La Jornada” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Amerikalı siyasi liderlər özlərini təkəbbürlü aparır, çoxqütblü dünyada nəzakət hissinə məhəl qoymur, həmçinin BMT-də dövlət suverenliyi prinsipini rədd edirlər. Müəllif hesab edir ki, NATO və ABŞ-ın aqressiv davranışı bütün bəşəriyyətin varlığını təhdid edir.…

Qırğızıstan ordusu “Bayraktar TB2” PUA-larını istifadə etməyə başlayıb

Qırğızıstanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə PUA-ları öz vəzifələrini aktiv şəkildə yerinə yetirməyə başlayıb. Qırğızıstan Prezidenti Sadir Çaparov ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətində fəaliyyətə başlayan “Bayraktar TB2”lərə baxış keçirib. TB2-lər Cəlal-Abad hava limanında yerləşdirilib. Səfər zamanı Çaparova “Bayraktar”lar haqqında məlumat verilib, nümayiş uçuşu həyata keçirilib. Qırğızıstan Prezident Administrasiyasından verilən açıqlamada “Bayraktar TB2”lərin tamamilə…

Kiyevdə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib

Kiyevdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşlarının iştirakı ilə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Görüşdə paytaxt Kiyev də daxil olmaqla digər şəhərlərin gəlmiş 100 nəfərdən çox soydaşımız iştirak edib. Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi…

“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçları Gəncə, Ağdam və Bərdəyə səfər ediblər

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən gerçəkləşdirilən “Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları bu gün Gəncə şəhərində səfərdə olublar. Onlar Gəncədə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış ərazilərə baş çəkərək, terror qurbanlarını yad ediblər. Eyni zamanda İmamzadə kompleksini, Aleksandr Nevski rus-pravoslav kilsəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Gəncədən Ağdama yollanan layihə…

Zelenski Boris Consonla Donbassı müzakirə etdi

Ukrayna prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığı olub. Xarici KİV-lər xəbər verir ki, telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər. “Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə…

NATO Baş katibi Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxıb

NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasına qarşı çıxıb. NATO Baş katibi “Journal de Dimanche-ə verdiyi müsahibədə Rusiyanın məlum ideya ilə bağlı təklifini NATO üçün geri addım adlandırıb: “Böyük dövlətlərin qonşularının nə edə və ya edə bilməyəcəyinə nəzarət edə biləcəyi təsir zonalarını yenidən müzakirə edəcəyimiz yeni konfransın keçirilməsi…

Çin Sakit okeanda hərbi təlimlərə başlayıb

Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri növbəti təlimlər üçün Sakit okeana daxil olub. Bu barədə “South China Morning Post” portalı məlumat yayıb. Tamhüquqlu aviadaşıyıcı zərbə qrupu olmayan flotiliyaya təyyarədaşıyan gəmidən əlavə, “Type 055” esminesi, “054” freqatı və “Hulun Lake” təchizat gəmisi daxildir. Hazırda Çin Hərbi Dəniz Qüvvələrində iki təyyarədaşıyan var, üçüncünün tikintisi başa çatmaq üzrədir. Çin…

Türkiyənin yeni peyki orbitə buraxılıb – VİDEO

Türkiyənin “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodomundan orbitə göndərilib. “Haber Global” xəbər verir ki, 42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq. “TürkSAT 5B” sabit peyklərdən 20 qat daha səmərəliliyə malikdir. Peykin manevr müddəti 35 ildən çoxdur. Peyklə yanaşı, kosmosa ilk dəfə kommersiya…