İnsanların görünüşü dəyişəcək

Temperaturun yüksəlməsi insanların görünüşünü əhəmiyyətli dərəcədə dəyişəcək, lakin bu dəyişikliklərin özünü necə göstərəcəyini zaman göstərəcək. Bu barədə Misirin “Sasapost” nəşrində yayımlanan məqalədə bildirilib. “Dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq effektiv yaşamaq üçün açardır. Bu gün daha sürətli qlobal istiləşməni gördükcə, yalnız dəyişikliklərə uyğunlaşan növlərin sağ qalacağı aydınlaşır. Qalanları yox olmağa məhkumdur. Qlobal istiləşmə artıq bu gün…

Dünyada ilk dövlət iqlim dəyişikliyinə görə əhalisini köçürdür

Tuvalu ada dövlətinin (Okeaniyada) xarici işlər naziri Simon Kofi, ölkəni su basarsa, sakinlərin köçmək məcburiyyətində qalacağını söyləyib. Tuvalu hakimiyyəti qlobal istiləşmə ilə bağlı ən pis ssenarini nəzərdən keçirir – adanın ərazisi su altında qalacaq və yaşayış üçün yararsız olacaq. Kofinin sözlərinə görə, bu baş verərsə, Tuvalu dünyada iqlim fəlakətləri səbəbindən əhalisini köçürdən ilk ölkə olacaq.…

Ermənistanla sərhədləri müəyyənləşdirə biləcək Rusiyadakı xəritələr – Video

Ötən ay Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunda Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi. Bundan sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı. Bəs, əslində söhbət hansı xəritələrdən gedir? Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov bu ölkənin arxivlərində araşdırma aparıb, ötən əsrin 23-cü ilindən başlayaraq…

Yaponiya KXDR və Çin tərəfindən artan təhlükə qarşısında ordusunu gücləndirməyi hədəfləyir

Yaponiyanın baş naziri Kişida Fumio ölkəsini əhatə edən təhlükəsizlik vəziyyətinin qeyri-sabitliyi qarşısında Özünümüdafiə Qüvvələrinin (SDQ) imkanlarını artırmağı planlaşdırdıqlarını bəyan edib. Kişida Quru Özünümüdafiə Qüvvələrinə (QSDF) aid olan Asaka bazasına səfəri zamanı etdiyi çıxışda ölkəsinin ətrafında təhlükəsizlik vəziyyətinin “əvvəllər heç vaxt olmadığı sürətlə” dəyişdiyini bildirib. Çinin hərbi fəaliyyətləri və Şimali Koreyanın raket texnologiyalarını inkişaf etdirməsindən narahat…

“Oyun qaydaları dəyişə bilər”

“Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər”. Bunu amerikalı siyasət nəzəriyyəçisi Frensis Fukuyama deyib. Siyasətçi Ukrayna ordusunun türk dronlarını arsenalına daxil etməsinin Rusiyanı ciddi şəkildə narahat etdiyini bildirib: “Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər, ona görə də Moskva bu məsələ ilə çox məşğul görünür”, – Fukuyama…

Günəşdə təhlükəli fəallıq

Günəşdə güclü partlayış genişmiqyaslı fasilələrə və “internet apokalipsisi” adlanan hadisəyə səbəb ola bilər. Bu barədə İsveçin “Dagens Nyheter” qəzeti məlumat yayıb. Elm adamlarının fikrincə, belə partlayışdan ilk olaraq böyük serverlər yox, internetin əsasını təşkil edən sualtı kabellər zərər çəkəcək. “Belə bir ehtimal yüz ildə bir olur. Son bir əsrdə belə bir fırtına olmayıb, amma bu…

NATO-nun toplantısı çağırıldı

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri başda Rusiya olmaqla, alyansın gündəliyində duran məsələləri müzakirə etmək üçün Latviyanın paytaxtı Riqada bir araya gələcək. NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə 30 noyabr-1 dekabr tarixlərində keçiriləcək toplantıya Ukrayna və Gürcüstanın xarici işlər nazirləri də qatılacaq. Riqada keçiriləcək görüşün əsas gündəm bəndlərindən birinin Rusiya olacağı gözlənilir. Xüsusən də…

Avstraliya hökumətinə ermənilərlə bağlı skandal çağırış

Avstraliyanın Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkə hökumətini 1915-1923-cü illərdə Osmanlı İmperiyasında ermənilərə, assurlara və yunanlara qarşı törədilmiş “soyqırım”ı tanımağa çağırmaq təklifinin lehinə səs verib. Bu təklifi parlamentə deputat Trent Zimmerman təqdim edib. Beləliklə, Nümayəndələr Palatası yekdilliklə Avstraliya hökumətini qondarma soyqırımı tanımağa çağırıb.

“Bu addımı atacağıq“

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən sonra Misir və İsraillə də münasibətlərin gələcəyi ilə bağlı açıqlama verib. O, bu barədə Türkmənistandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb. Ərdoğan bu ölkələrdə səfirliklərin açılması imkanlarını dəyərləndirib: “İndi biz qərarımızı qəbul etdikdən sonra, əlbəttə ki, müəyyən təqvim çərçivəsində səfirləri təyin etmək imkanımız olacaq. Qeyd etdiyiniz ölkələrdə…

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edildi

İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən bildirilib ki, iclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib. QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və…