Ruslardan “Bayraktar”a qarşı həmlə

Ruslar “Bayraktar TB2” dronlarına qarşı müdafiə gücünü artırmaq məqsədilə tanklarında yenilik edir. “Bayraktar TB2″lərin rus tanklarını vurma görüntüləri “Forbes” nəşri tərəfindən analiz edilib. Nəşr rusların T-72 tanklarının “Bayraktar TB2” hücumlarına qarşı həssas olduğunu qeyd edib. Analizdə rusların müdafiəni gücləndirməklə paralel öz tanklarını qorumaq üçün ani sistemlər üzərində işlədiyinə dair məlumatlara yer verilib. Hərbi jurnalist bildirib…

“Bu addımlar nəticə verməsə, yaxınlarda…”

ABŞ Prezidenti Co Bayden komandasına İrana qarşı diplomatik addımlar uğursuz olacağı təqdirdə, başqa yollara əl atmağı tapşırıb. Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb. ABŞ-ın İrana iqtisadi təzyiqləri artıracağı xəbəri ilə bağlı verilən suala Psaki bununla bağlı prioritetlərinin diplomatik yol olduğunu qeyd edib: “Amma İranın nüvə proqramı ətrafındakı prosesləri…

“MKİ zabitləri Rusiya hökumətində otururdular”

1990-cı illərdə Rusiya hökumətində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları işləyirdilər. Bunu Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının iclasında deyib. “2000-ci illərin əvvəllərində mən artıq hamısını təmizlədim, lakin 1990-cı illərin ortalarında onlar müşavir, Rusiya hökumətinin rəsmi əməkdaşı qismində bizdə otururdular. Sonra məlum oldu ki, onlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları…

Londonda Azərbaycan dilini tədris edən Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (British European Azerbaijani School) nəzdində Mədəniyyət Mərkəzi açılıb. Layihə rəhbərləri bildiriblər ki, mərkəzdə uşaqlara Azərbaycan dili tədris olunacaq. Bundan başqa, Azərbaycanın mədəni-mənəvi dəyərləri, tarixi, çoğrafiyası, milli və klassik musiqisinə dair fənnlər üzrə dərslər təşkil ediləcək. Yaxın gələcəkdə mərkəzdə Azərbaycan rəqsləri, milli idman oyunları, tətbiqi sənət, rəngkarlıq və qrafika…

Şuşada yeni məktəbin tikintisinə başlanılıb

“Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir”. Bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir: “Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması…

Prezident İlham Əliyev Almaniyanın yeni Kanslerini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsa təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: “Hörmətli cənab Federal Kansler, Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edir və ən xoş arzularımı yetirirəm. Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi və…

Paşinyan Ermənistan parlamentində çıxışı zamanı “3+3” platforması ilə bağlı mövqeyini təsdiqləyib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı “3+3” platforması ilə bağlı mövqeyini təsdiqləyib. O qeyd edib ki, Ermənistanın başqa formatlarda iştirak etdiyi danışıqlara dair məsələlərin müzakirə olunmayacağı halda, Ermənistan bu platformada iştirak etməkdə maraqlıdır. Xatırladaq ki, Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan daha əvvəl Şuşada Qarabağ və kommunikasiyaların açılması…

Yarım əsrdir görünməmiş müharibə olacaq

“Rusiyanın Ukraynanı işğal cəhdi Avropada İkinci Dünya müharibəsindən indiyədək görülməmiş vəziyyət yaradacaq”. “Haber Global” xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Toni Radak deyib. O, Rusiyanın addımlarının Qərbin maraqları üçün təhdid olduğunu bildirib: “Rusiyanın Krımı ilhaq etməsindən təxminən 8 il sonra 10 minlərlə rus əsgərinin Ukrayna sərhədinə yerləşdirilməsinin yaratdığı böhran…

Yer üzündən yox ola biləcək ölkələr açıqlandı

Bolqarıstanın “Trud” qəzetinin köşə yazarı Rumyana Genadiyeva yaxın yüz ildə Yer üzündən yox ola biləcək dövlətlərin siyahısını hazırlayıb. Müəllifin fikrincə ABŞ dərin mədəni və siyasi ziddiyyətlərə görə XXII əsrə qədər mövcud olmamaq riskini daşıyır. O, əmindir ki, Amerikada hansısa mühüm hadisə onun sakinlərini birləşdirməsə, parçalanmağa başlayacaq. Köşə yazarı xatırladıb ki, 2012-ci ildə bütün 50 ştat…

Ermənistan ordusu Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb. Müdafiə Nazirliyindən  verilən xəbərə görə, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub. Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.