İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib. Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı…

Kiyevdə hərbi parad keçirildi

Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə Kiyevin mərkəzi Xreşatik küçəsində hərbi parad keçirilib. Xarici ölkələrin rəsmilərinin də iştirak etdikləri hərbi parad Ukrayna bayrağının qaldırılması mərasimi ilə başlayıb. Ukrayna Prezidenti Vladimir Zelenski təbrik nitqində bildirib ki, Ukrayna min illik tarixə malik gənc ölkədir. Ukrayna tarixi və ölkənin özü bənzərsizdir. Hərbi paradda 5 mindən artıq hərbçi, ağır texnika,…

G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı birgə bəyanat yaydı

Bu gün G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı keçirdikləri virtual toplantıdan sonra birgə bəyanat yayıb. Bəyanatda Əfqanıstan xalqının, xüsusilə, son iyirmi ildə qadınlar və qızlar üçün əldə olunan siyasi, iqtisadi və sosial nailiyyətlərdən sonra ləyaqət, sülh və təhlükəsizlik içində yaşamağa layiq olduğu vurğulanır: “Əfqanıstan bir daha nə terror üçün sığınacaq, nə də başqalarına qarşı terror hücumlarının…

Dünya əhalisinə xəbərdarlıq edildi: “Hazırlaşın, daha ölümcül olacaq”

Təxminən 1.5 bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı daha bir qorxunc açıqlama gəlib. İngilis professor Sai Reddi “COVID-22” adlandırdığı yeni variantın dünyada dominant olan Delta ştammından daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib. Güclü bir ştammın yayılmasının qaçılmaz olduğunu iddia edən Reddi dünya əhalisini yeni təhlükəyə hazırlıqlı olmağa çağırıb: “Yeni varianta qarşı hazırlaşmalıyıq.…

KOB inkişaf mərkəzi tərəfindən kiçik və orta sahibkarlar üçün təlimlər keçirilib

Avqustun 19-20-də Masallı-Cəlilabad-Biləsuvar KOB inkişaf mərkəzi tərəfindən kiçik və orta sahibkarlar üçün təlimlər keçirilib.   Rezonans.az xəbər verir ki, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında olan 100-dən çox sahibkar “Biznes ideyasının formalaşdırılması”, “Bazar araşdırması”, “Sahibkarlığın və biznesin təşkil olunması” və “Soft Skills” (Yumşaq Bacarıqlar) mövzularında olan təlimlərdə iştirak edib.Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub. Bununla yanaşı,…

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. ⠀ Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir. ⠀ Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava…

İsrail Bəşər Əsəd və İran bazalarını vurdu

İsrail qırıcıları Livan hava sahəsindən istifadə etməklə Suriyanın paytaxtı Dəməşq çevrəsində bəzi hədəfləri zərbələr endirib. İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kişvah dağlarında yerləşən Bəşər Əsəd qüvvələrinin və İran meyilli milislərin bazalarını vurub. Suriya hava hücumundan müdafiə sistemləri hava hücumuna qarşılıq versə də, Dəməşqdə partlayış səsləri eşidilib. Təl-Əviv hava hücumuna dair açıqlama yaymayıb.

Bu ölkələr xəritədən silinəcək: Dəniz bir anda udacaq

İqlim dəyişikliklikləri hesabatı bir sıra ölkələrin xəritələrdən silinmə təhlükəsi altında olduğunu üzə çıxarıb. Həmin hesabata görə, Cənubi Sakit okean ölkəsi Tuvalu xəritədən silinə bilər. Solomon və Marşal adaları kimi dəniz səviyyəsinə yaxın digər arxipelaqların da su altında qalma riski var. “Qlobal istiləşmənin təsirləri və gələcəyinin dərin təhlili” adlı hesabat BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli…

Ərdoğan: “Lazım gələrsə, “Taliban”la görüşəcəyik”

“Lazım gələrsə, ən önəmli məqsədimiz olan sabitlik və təhlükəsizlik naminə “Taliban” hökumətilə görüşüb ortaq mövzularımızı müzakirə edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib. Prezident Amerikanın Əfqanıstandan çəkilməsindən sonra, bu ölkədə müxtəlif təşəbbüsün göstərilməsi ilə bağlı Türkiyə tərəfindən danışıqlar aparıldığını vurğulayıb: “Ancaq “Taliban” ölkəni demək olar ki, bütünlükdə nəzarətə…

Qazaxıstan və Rusiya arasında gərginlik

Qazaxıstan hakimiyyətini bu ölkədə yaşayan etnik ruslar və rus dilinə qarşı ayrı-seçkilik etməkdə ittiham edən hüquqşünas Ermek Tayçibekov 7 il azadlıqdan məhrum olunub. Almatı məhkəməsində hakim qarşısına çıxarılan hüquq müdafiəçisi cəzasını sərt rejimli koloniyada çəkəcək. O, ölkədə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib. Tayçibekov və ailə üzvləri məhkəmənin qərarına etiraz edib. Hüquq müdafiəçisinin cəzalandırılmasına ötən il…