Azərbaycanın turizm brendi Rusiya qatarlarında

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb. Məlumata görə, əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib. Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks…

Türkiyə “Serhat” radarlarını hava hücumundan müdafiədə istifadə edəcək

Türkiyənin ASELSAN şirkəti “Serhat” radarlarını hava hücumundan müdafiədə (HHM) istifadə etmək üçün uyğunlaşdıracaq. Bu barədə “Defence Türk” nəşri yazıb. Bu çərçivədə sistemin müxtəlif HHM sistemlərinə inteqrasiyası planlaşdırılır. Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan “Serhat” mobil təyinatlı radar sistemi 360 ° əhatə dairəsinə malik olan, minaatan mərmilərini aşkar edərək, onları izləyərək mərmilərin təxmin edilən çıxış və…

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun büstünün açılışı olub

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun məzunu olduğu Bakının Nizami rayonundakı 229 saylı məktəbdə büstünün təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparat rəhbəri Tahir Budaqov, Azərbaycandakı rus icmasının sədri,…

İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaltdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısının çıxışı: – Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz…

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsinbdən 1 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı…

Azərbaycan ilk medalını qazandı

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb. 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib – 9:5.

Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürülə bilər

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz vətənində iki cinayət işi üzrə məhkum olunub, prokurorluq sərhədləri qanunsuz keçmə ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür. Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. “Mixeil Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna uyğun olaraq o, həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhədi keçmə işinə…

Prezident Administrasiyasının Gəncəyə səfər təşkil edilməsi olduqca təqdirə layiqdir

Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski də iştirak edib. Rezonans.az xəbər verir ki, əsas məqsəd 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə…

İlham Əliyev Tərtər sakininin evində oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.