Şoyqudan Qafqaz açıqlaması

“Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır”. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatlarına kömək etməyə hazırdır. Bundan əlavə, Şoyqu Ermənistanda sabitliyin qorunmasında maraqlı olduğunu bildirib. “Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə yardım göstərməyə davam…

Yoluxma sürətini azaltmağın ən təsirli yolu…

Əgər çox sayda vətəndaş koronavirusa yoluxub xəstələnərsə, xəstəxanaya yatma halları artarsa, səhiyyə müəssisələri dolarsa, hökumətlərin sərt karantin tədbirlərini tətbiq etməkdən başqa çarəsi qalmır. Yoluxma sürətini azaltmağın ən təsirli yolu insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq profilaktik tədbirlərlə – ara məsafəsinin qorunması, əl gigiyenasına əməl edilməsi, respirator gigiyenaya riayət olunması…

Heydər Əliyev Mərkəzindən Türkiyəyə DƏSTƏK

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub. Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub. Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri…

“The National Interest” jurnalı: Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır

ABŞ-ın “The National Interest” jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə “Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs…

Türkiyə səfiri: “Azərbaycan kədərli günümüzdə yanımızda oldu”

“Türkiyədə yanğınlar 14 gündür davam edir. On dörd gündür Azərbaycanın hər cür dəstəyini görürük. İlk dəqiqədən etibarən dəstəyini hiss etdirən cənab prezident İlham Əliyevə təşəkkür edirəm”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O, qeyd edib ki, Azərbaycan bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verib. “Azərbaycan 31 iyul…

İndoneziya saytında dahi Azərbaycan şairi haqqında məqalə

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə kempalan.com saytında “Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklopediyası” adlı məqalə yayımlanıb. İndoneziya dilində dərc olunan məqalənin müəllifləri “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur…

“Karabakh is Azerbaijan” Milli Platformasının bir qrup üzvü Bakıda görüşüb

“Karabakh is Azerbaijan” Milli Platformasının ölkəmizdə və xaricdə yaşayan bir qrup üzvünün Bakı şəhərində görüşü keçirilib. Mənbə: Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi // Platform4.news Türkiyə, ABŞ, Çin və Birləşmiş Ərəb Əmirliklərindən hazırda Azərbaycana səfər edən Milli Platformanın üzvləri tarixi Zəfərlə başa çatan Vətən müharibəsindən sonra ölkəmizdə olduqlarından qürur hissi duyduqlarını bildiriblər. Gənclər müstəqil…

ABŞ-dan tarixi etiraf: “Çindən geridəyik, belə davam etsə…”

ABŞ Dövlət katibi Entoni Blinken infrastruktur və texnologiya ilə əlaqədar bəzi sahələrdə Çinin onları üstələdiyini və lazımi irəliləyişlər əldə edilməyəcəyi təqdirdə, rəqabət qabiliyyətlərinin zəifləyəcəyini söyləyib. Blinken ABŞ -ın infrastruktur, yenilik, elm və texnologiya sahəsində daha rəqabətli və daha güclü olması lazım gəldiyini deyib. Dövlət katibi vurğulayıb ki, Amerika xarici siyasətinin güclü elementlərindən biri ABŞ-ın öz…

Yeni gərginlik ocağı: “Təzyiqləri aşağı salmaq mümkün olmayacaq”

Çin ABŞ-la münasibətləri normallaşdırmağa çalışır. Təsadüfi deyil ki, Pekin ABŞ-a yeni səfir təyin edib. Bu ilin iyul ayının sonunda Vaşinqtona təyinat alan səfir Tsin Qanın Vaşinqtonda ilk açıqlaması əməkdaşlığın vacibliyi barədə olub”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Çin səfiri Vaşinqtonu əməkdaşlığa çağırarkən virusun Çin laboratoriyasında hazırlandığı iddiaları Amerikada yenidən müzakirə predmetinə çevrilib:…

Tarixdə ilk: Şimal Qütbünə doğru irəliləyir

Dünyanın bir çox ölkəsi meşə yanğınları ilə mübarizə aparır. Bu ölkələrdən biri meşə ərazilərinin təxminən 3.5 milyon hektarı yanaraq kül olan Rusiyadır. Sibirdə son beş ildə daha tez-tez baş verən meşə yanğınları bu il də günlərlə davam edir. Rusiyanın meteorologiya qurumlarının rəsmiləri və ekoloqlar yanğınların artmasının iqlim böhranı və qeyri-kafi meşə xidmətlərindən qaynaqlandığını söyləyirlər. Bu…