Azərbaycanda Qurban bayramıdır

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edir. Bu gün məscidlərdə birgə Bayram namazları qılınacaq. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. Azərbaycan xalqı bu il Qurban bayramını Zəfər abı-havasında qarşılayır. Eyni zamanda builki Qurban bayramı dünyada hələ də davam edən pandemiya…

Şəkinin Xan məscidi ərazisində yeni arxeoloji tapıntılar aşkarlanıb

Şəki rayonundakı 1-ci Cümə məscidi kimi tanınan Şəki Xan məscidinin ərazisində 6 nöqtədə arxeoloji qazıntı işləri davam etməkdədir. Tədqiqat işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Rezonans.az xəbər verir ki, Arxeoloji Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun söylədiyinə əsasən, hazırkı il iyunun 21-dən bu ərazidə…

Qəbələdə şəhidlərin ailələri Qurban bayramı münasibətilə ziyarət edilib

Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Bələdiyyə Assossasiyası tərəfindən Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların ailələri Qurban bayramı münasibətilə ziyarət olunmuş, onlara bayram sovqatı çatdırılıb.   Rezonans.az xəbər verir ki, ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin isə daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını bir daha onlara bildirmişlər. Şəhidlərin ailə üzvləri göstərilən…

Mişel: “Aİ Azərbaycan və Ermənistan arasında sülhə dəstək verməyə hazırdır”

Mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik. Bu barədə Avropa…

Zakir Həsənov orduya mühüm tapşırıqlar verdi

İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb…

Əliyev Mişelə nələri izah etdi?

İrəvanda “status”dan bəhs edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel gözlənildiyi kimi Bakıda bu haqda heç nə demədi. Bunun birdən çox səbəbi var: – Mişel Bakı və İrəvan arasında balansı mövqe sərgiləyir: Paşinyanla görüşdə dediyi “status” sözü də mövqedən daha çox, siyasi jest idi; – Bakıda Əliyev Mişelə münaqişənin başa çatdığı və “Dağlıq Qarabağ”ın artıq…

Dünya nəhəngi imtina etdi: “Rusiya hərbi müttəfiqimiz deyil”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin arasında 20 il əvvəl imzalanan “dostluq və əməkdaşlıq barədə müqavilə” ilə bağlı məqalə yayımlayıb. Məqalə həm Rusiya, həm də Çin mətbuatında dərc olunub. Lavrovun sözlərinə görə, müqavilə iki ölkənin bir-birinə ərazi iddiası olmadığını da təsdiq edib. Lavrov yazıda onu da iddia edib ki, Rusiya-Çin hərbi əməkdaşlığı…

İrəvan və Bakı arasında həll edilməli olan 4 məsələ

“İrəvan və Bakı bölgədə sülh və sabitliyə nail olmaq üçün həll edilməsi lazım olan dörd əsas məsələdə kompromisə gələ bilər”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra Avropa Birliyinin prezidenti Şarl Mişel deyib. Qarabağdakı müharibəyə toxunan Mişel AB-nin ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərə kömək etməyə hazır olduğunu qeyd etdi. “Bölgədə sabitlik və firavanlıq…

İlham Əliyev bayram münasibətilə xalqı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında…

Aİ Şurasının Prezidenti Azərbaycana gəldi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi…