Zelenskinin çəkildiyi bu filmə Ukraynada qadağa qoyuldu

Ukraynada prezident Vladimir Zelenskinin çəkildiyi “Rjevski Napoleona qarşı” filminin kinoteatrlarda göstərilməsinə qadağa qoyulub. Bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb. Mənbə yazır ki, 2011-ci ildə Rusiyada çəkilən film Ukrayna Dövlət Kino Agentliyinin qərarı ilə prokatdan kənarlaşdırılıb. Agentlik bunun səbəbini geniş ictimaiyyətə açıqlamayıb.

Almaniya şirkətləri Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

“Almaniya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır”. Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib. Səfir deyib ki, hazırda Almaniya-Azərbaycan şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edir: “Bundan başqa, Füzuli hava limanının tikintisində və Qarabağda aparılan digər tikinti işlərində iştirak edən Almaniya şirkəti də var”. V.Maniq Azərbaycan və Ermənistanı sülh şəraitində…

“Görünməz” PUA təqdim edildi

ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası və Kratos Pilotsuz Hava Sistemləri tərəfindən XQ-58A “Valkyrie” adlı 3215 kilometr uçuş məsafəsinə malik silahlı pilotsuz uçuş aparatı hazırlanıb. “Valkyrie” ABŞ Hərbi Hava Qüvvələrinin süni intellektə malik pilotsuz döyüş hava layihəsidir. “Valkyrie” dronunda onu idarə edən və pilotlu qırıcı-bombardmançıların işlərini daha effektiv və səmərəli yerinə yetirməsinə kömək edən “Skyborg”…

Dünya 2,4 dərəcə istiləşəcək

Dünya qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədindən çox uzaqdır. Bunu məşhur iqlim təhlili koalisiyası olan “Climate Action Tracker” (CAT) açıqlayıb. Koalisiyanın təhlilinə görə, ölkələrin qarşıya qoyduğu qısamüddətli hədəflərə əsasən, temperatur artımları bu əsrin sonuna qədər 2,4 dərəcəni keçəcək. Bəyanatda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) qəbul edilmiş öhdəliklər sayəsində istiləşmənin 1,9 və ya 1,8 dərəcə…

Sidneydə Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Avstraliyanın Sidney şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə bir sıra tədbirlər keçirilib. Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Mikayıl Oytanın təşəbbüsü ilə Sidney şəhərində xüsusi yük maşınlarının üzərində Vətən müharibəsi ilə bağlı şəkilləri əks etdirən elektron məlumatlandırıcı lövhələr yerləşdirilib. Yük maşınları insanların sıx hərəkət etdiyi küçələr…

Ərdoğanın Azərbaycanla bağlı təklifi parlamentdə

Azərbaycandakı türk hərbçilərinin 2021-ci il noyabrın 17-dən bu ölkədə qalma müddətinin daha bir il uzadılması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Ötən il Xalqlar Demokratik Partiyasından (HDP) başqa bütün partiyalar bu təklifi dəstəkləmişdi. Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı prezidentin təklifi ötən il noyabrın 17-də Türkiyə Böyük Millət…

Pandemiyanın ağlagəlməz fəsadı: 26 min ton tullantı…

COVID-19 pandemiyası ilə mübarizədə istifadə edilən 26 min ton plastik tullantıların okeanları və dənizləri çirkləndirdiyi ortaya çıxıb. Çinin Nankin Universitetinin mütəxəssisləri pandemiya dövründə ətraf mühitin çirklənməsi ilə bağlı mühüm araşdırma aparıblar. Tədqiqatçılar pandemiya başlayandan bəri mübarizə çərçivəsində istifadə edilən 26 min ton plastik tullantıların okeanlara və dənizlərə çatdığını irəli sürüblər. Ümumilikdə 193 ölkədə 8,4 milyon…

TBMM sədri: “44 günlük müharibə Cənubi Qafqazın tarixində yeni səhifə açıb”

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır. “Anadolu” agentliyi xəbər verir ki,  Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib. Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni…

7,3 milyon insanın sığınacağa ehtiyacı var

Yəməndə təxminən 7 ildir davam edən vətəndaş müharibəsi nəticəsində 7,3 milyon insanın sığınacağa ehtiyacı var. Bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb. Bəyanatda deyilir ki, 7,3 milyon yəmənlinin sığınacaq və qeyri-ərzaq yardımına ehtiyacı var. Bunun 75 faizi qadın və uşaqlardır. Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və…

Bayden İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib. Bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir. Bəyanatda deyilir ki, amerikalı lider İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib. Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı…