Diaspor üzvlərimiz Mayamidəki Beynəlxalq təhsil həftəsində ölkəmizi təmsil ediblər
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Florida ştatının Mayami şəhərində keçirilən Beynəlxalq təhsil həftəsində ölkəmizi Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyası təmsil edib. Florida Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurulan Azərbaycan guşəsində ölkəmizin Vətən müharibəsində qazandığı qələbəni, qədim tarixini, zəngin mədəniyyətini, mətbəxini, musiqisini və turizm imkanlarını əks etdirən kitablar, jurnallar, videoçarxlar,…










