Bəzi rüsum və cərimələr arta-arta gedir

“Bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də rüsum və cərimələrlə bağlıdır. Bəzi rüsum və cərimələr arta-arta gedir”. Bunu Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. Deputat xatırladıb ki, bundan əvvəl parlament Ehtiyac meyarı, Yaşayış minimumu haqqında qanunları qəbul edib: “Həmin qanunlara baxaq görək insanlar bu cərimələri verə…

İran Ermənistana benzin satmaqdan imtina edib

İran Ermənistana benzin satmaqdan imtina edib. Bu barədə erməni mediası məlumat yayıb. Məlumatda deyilir ki, Tehran hökuməti son bir ayda İrəvanın xahişlərinə rəğmən, Ermənistana benzin sata bilməyəcəyini açıqlayıb. Erməni tərəfi məsələni belə təqdim edir ki, buna səbəb İranda benzinin qiyməti bahalaşıb. “Son vaxtlar Rusiyadan gətirilən benzinin qiyməti bir qədər bahalaşıb. İrandan alınan benzin isə 20…

“Azərkosmos” Suqovuşanın peykdən çəkilmiş fotosunu paylaşdı

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin gedişatı “Azersky” peykinin təsvirləri vasitəsilə davamlı olaraq monitorinq edilir. Bu barədə “Azərkosmos” ASC-dən məlumat verilib. Qurumun açıqlamasında deyilir ki, buraya Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları da daxildir.

Azərbaycanlı həkim Çeçenistan hökumətində yüksək vəzifəyə təyin olunub

Xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə nüfuz sahibinə çevrilməsi və yüksək etimada layiq görülməsi prosesi davam edir. Belə soydaşlarımızdan biri də Elxan Süleymanovdur. Bu günlərdə E.Süleymanov Rusiya Federasiyasının Çeçenistan Respublikası hökumətinin sədr müavini vəzifəsinə təyin olunub. Bu yüksək dövlət vəzifəsinə qədər Azərbaycan əsilli məmur Çeçenistan Respublikasının səhiyyə naziri olub. Qeyd edək ki, Elxan Süleymanov 1974-cü ildə…

“Onları türk dronları ilə vuracağıq”

Türkiyə Nigerə “Bayraktar TB2” pilotsuz uçan aparatlar (PUA), təlim təyyarəsi “Hürkuş” və digər zirehli texnikaların satışına dair razılığa gəlib. Nigerin qonşusu Malidən gəlib ölkə ərazisində terror aktları törədən “Əl-Qaidə” və İŞİD yaraqlılarına qarşı PUA, təlim təyyarələri və zirehli maşınlardan istifadə edəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nigerli həmkarı Məhəmməd Bazumla telefon danışığı zamanı bu…

Putin dünyanı hədələmişdi…

Son illər qonşuları ilə gərgin münasibətlərlə gündəmə gələn və hərbi sahədə xüsusi fəallıq göstərən Rusiya son günlər ordusuna hipersəs raketlərinin cəlb olunacağı ilə diqqət mərkəzindədir. Başda ABŞ olmaqla bir çox ölkəni hədələyən Rusiya ilə bağlı növbəti tənqidi açıqlama Amerikadan gəlib. ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar İdarəsi komandanının müavini general Devid Tompson bildirib ki, Rusiya və…

Noyabrın 22-də Saxa Respublikasında 45 dərəcəyə qədər şaxta

Noyabrın 22-də Saxa Respublikasında (Yakutiya) 45 dərəcəyə qədər şaxta qeydə alınıb. Respublikanın belə hava şəraitinin qeydə alındığı yaşayış məntəqələri arasında Kobyay ulusunun Batamay kəndi qeyd olunur. Məlumatı Yakutiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin saytı təqdim edib. “Qeydə alınan temperatur mənfi 45 dərəcə, təzyiq 773 millimetr civə sütunudur, şimal-şərq küləyinin gücü saniyədə bir metrə çatıb”,…

“Donanmamız müdafiəsizdir, Rusiya hücuma keçsə…”

Amerikalı hərbi eksperti Cerri Hendriks “Wall Street Journal” üçün yazdığı məqalədə ABŞ təyyarədaşıyıcılarının təhlükəsizlik baxımından zəif olduğunu və bunun onları Rusiya və Çin raketlərinə qarşı müdafiəsiz qoyduğunu bildirib. ABŞ-ın döyüş gəmilərinin sahildəki hədəflərə hücum imkanı olmadığına diqqət çəkən Hendriksin fikrincə, Amerika Çin və Rusiya ilə rəqabət aparmaq üçün hücum məsafəsini artırmalıdır. O qeyd edib ki,…

“Buna heç vaxt imkan verməyəcəyik”

Pekin ABŞ-la Çin arasında rəqabətdə üçüncü ölkələrin tərəf olmağa sürüklənməməsinin vacibliyini bəyan edir. Bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib. Dünyanın gələcəyinin Vaşinqton və Pekinin münasibətlərinin necə irəliləyəcəyinə bağlı olduğunu ifadə edən Vanq deyib ki, əlaqələri qəsdən kəsməyə əsaslanan şiddətli rəqabət əvəzinə, müsbət və mülayim bir yanaşma qarşılıqlı prinsipə əsaslanmalıdır: “Fayda və qazan-qazan, burada…

Ukrayna MTMŞ katibi Rusiya hərbçilərini nə üçün Ukrayna sərhədinə çəkdiyini izah edib

Rusiya qarşıdakı danışıqlarda üstünlük əldə etmək üçün hərbi qüvvələrini Ukrayna sərhədinə çəkir. Platform4.news bildirir ki, bunu bazar günü, noyabrın 21- də,  Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib . Danilov ABŞ Konqresinin nümayəndələri ilə görüşdə deyib: “Rusiya qoşunlarını Ukrayna sərhədinə çəkməklə regionda təhlükəsizlik vəziyyətini mümkün qədər gərginləşdirməyə çalışır ki, gələcək danışıqlar masasında təsirini artırsın”, …