“Başqa yol qalmadı, güc tətbiqi…”

“İngiltərə hökuməti sadəcə “güc dilindən” anlayır”. Bunu Fransanın Avropa Birliyi (AB) üzrə dövlət naziri Klement Beaune iki ölkə arasında davam edən balıq problemi haqqında danışarkən deyib. Nazir əlavə edib ki, İngiltərəyə məxsus gəmilərin əksəriyyətinin Fransadakı limanlara daxil olması mümkün olmayacaq. Onun sözlərinə görə, İngiltərədən gələn və ya ora gedən ingilis yük maşınları və gəmilərinə sistematik…

Qitələrarası raketi işə saldılar

Hindistan 5000 kilometr mənzilə malik nüvə başlığı yerləşdirilə bilən qitələrarası ballistik raketi sınaqdan keçirib. Hindistan hökumətindən verilən açıqlamada ölkənin şərq sahilindəki bir adadan atılan 5 min kilometr mənzilli “Aqni-5” raketinin sınağının uğurla keçdiyi bildirilib. Açıqlamada raket sınağının “minimum çəkindirmə siyasəti”nə uyğun olduğu deyilib. Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd…

Qarabağdan sonra diqqət “Bayraqdar”da

Suriya, Liviya, Dağlıq Qarabağda və terrorla mübarizə əməliyyatlarında əldə etdiyi uğurlarla dünyanın diqqətini çəkən Türkiyənin yerli və milli imkanları ilə inkişaf etdirdiyi silahsız pilotsuz uçuş aparatları daha bir ölkəyə ixrac ediləcək. “Baykar Savunma” şirkətinin yaydığı açıqlamada daha bir ölkə ilə Bayraqdar TB2 PUA ixracatı ilə bağlı anlaşma əldə edildiyi bildirilib. Bununla da “Bayraqdar”ların istehsal ediləcəyi…

“Türkiyə ilə əlaqələrimiz yaxşıdır, amma…”

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-larının işğal altındakı Donbasdakı separatçı qüvvələrə qarşı istifadə olunması Rusiyanı narahat edib. Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə əlaqədar açıqlama verib. “Türkiyə ilə həqiqətən də xüsusi, yaxşı münasibətlərimiz var. Amma təəssüf ki, Ukrayna ordusuna bu cür silahların tədarük edilməsinin təmas xəttindəki sabitliyi poza biləcəyi ilə bağlı narahatlığımız təsdiqlənmiş oldu”, –…

Ərdoğan Azərbaycanla bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki səhifəsində Azərbaycanla bağlı paylaşım edib. O, Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri sosial şəbəkədəki hesabında paylaşıb. “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş…

Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir

“Bərdədə dinc əhaliyə qarşı hərbi cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir”. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter səhifəsində yazıb. “2020-ci il oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayan dinc əhaliyə qarşı xaincəsinə raket hücumları edilmiş, azərbaycanlı mülki əhali qətlə yetirilmişdir. Faciə qurbanlarını dərin hüznlə yad edirik! Bu cinayətin günahkarları məsuliyyətə…

Azərbaycan-Türkiyə birliyinin nümunəvi xarakteri…

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana tarixi səfərinin əhəmiyyəti olduqca böyükdür. Bu, eyni zamanda Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü idi. Sözsüz ki, bu gün regional və dünya miqyasında Türkiyə ilə Azərbaycanın gördüyü işlərin miqyası, önəmi mühüm əhəmiyyət kəsb edir. Bunu  Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi, dostluq, qardaşlıq və…

“Sülh əldə olunması prosesinə sadiqik”

ABŞ Ermənistanla Azərbaycan arasında sülh prossesinə dəstək verməyə hazırdır və bu istiqamətdə işləməyə davam edir. Bu sözləri Gəncə şəhərində səfərdə olan ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer deyib. Diplomat bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesinə sadiqdir: “ABŞ müqanişənin həllində bir araya gəlmək, onu danışıqlar yolu ilə həll etmək məqsədinə sadiqdir. ABŞ…

“Azərbaycanla razılaşmaya yaxınıq”

Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərindən ibarət İşçi Qrupu istismar ediləcək dəmir yollarının xəritəsinə dair razılaşmaya yaxındır. Bunu Ermənistan baş nazir müavini Mher Qriqoryan parlamentdəki çıxışında bildirib. Onun sözlərinə görə, avtomobil yolları xəritəsinə dair müzakirələr davam edir.

Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan Diaspor Gəncləri şəbəkəsi və diaspor gəncləri təşkilatlarının birgə təşəbbüsü əsasında II Qarabağ savaşı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, ötən ilin oktyabr ayında Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişinə əsasən, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən Gəncə və Bərdə…