Qlobal istiləşmə dəhşətli həddə çatdı

Alimlər qlobal istiləşmə ilə bağlı fəaliyyətləri sürətləndiriblər. Arizona Universitetinin rəhbərlik etdiyi və dünyanın son buz dövrünə işıq salan araşdırmada mühüm detallar üzə çıxıb. Buna əsasən, Yer kürəsi son 24 min ildə heç vaxt indiki qədər isinməyib. Qeyd edilir ki, hazırkı temperatur 24 min il ərzində görünməmiş səviyyədədir və bu, insan tərəfindən törədilən qlobal istiləşmənin sürətinin dünyada…

Almatıda Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Qazaxıstanın Almatı şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş toplantı keçirilib. Qazaxıstanda fəaliyyət göstərən “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin təşkil etdiyi toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və soydaşlarımız iştirak ediblər. Tədbirdə “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu,…

Şuşada rus ekspertlərin iştirakı ilə dəyirmi masa keçirildi

Şuşada Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları da iştirak ediblər. Əvvəlcə qonaqlar Qarabağın “hava qapısı” adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı…

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb. Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi. Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın…

Xüsusi Təyinatlı komandir şəhid, Azər Mikayılovun anım günü keçirilib

Xırdalan Mədəniyyət Mərkəzində, Vətən Müharibəsinin, Xüsusi Təyinatlı komandir şəhid, mayor Azər Əmrah oğlu Mikayılovun anım günü keçirilib. Rezonans.az xəbər verir ki, ilk öncə Vətən müharibəsi şəhidi Azər Mikayılovun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs edilərək tədbir iştirakçılarına məlumat verilmişdir. Tədbirdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, Şahin Mehtiyev, Məhəmməd Cəbrayılov və bəzi ziyalılar…

Minskdə Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib

Minsk şəhərində 8 noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbirdə Belarusun dövlət rəsmiləri, diplomatik korpusun rəhbərləri, Azərbaycanın Belarusdakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycan və Belarusun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi…

Minskdə Azərbaycan dili və mədəniyyəti mərkəzi ziyarət edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Belarusa səfər çərçivəsində Minsk şəhərindəki Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət ediblər. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüş zamanı Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və müdir müavini Mahmud Əhmədov mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.…

4 paytaxtda məxfi İran danışıqları başlayır

ABŞ Dövlət Departamenti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin noyabrın 29-da başlayacaq nüvə danışıqlarından əvvəl koordinasiyanı təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Səudiyyə Ərəbistanı və Bəhreynə səfər edəcəyini açıqlayıb. İran üzrə xüsusi nümayəndə dörd paytaxtda məxfi müzakirələri 11-20 noyabr tarixlərində aparacaq. ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib: “Xüsusi nümayəndə İranın regionda sabitliyi…

Dördüncü dalğa gəlir

Almaniya mütəxəssisləri pandemiyanın dördüncü dalğasının başlayacağını bildiriblər. Ölkədə sürətli peyvəndləmə sayəsində vəziyyət normallaşsa da, göstəricilər dördüncü dalğa riskini artırıb. Son 24 saatda Almaniyada 50 min 196 nəfər koronavirusa yoluxub, 235 nəfər ölüb. Ölkə sərt karantin rejiminə keçid etməyə başlayır. Peyvənd və ya immunitet sertifikatı olmayan şəxslərin qapalı məkanlara girişi qadağandır. Ölkə rəhbərliyi yeni qaydaların tətbiqi…

Rusiya Ukraynanı işğal edə bilər

Amerika Avropa Birliyini (AB) Rusiyanın Ukraynanı işğal edə biləcəyinə dair xəbərdarlıq edib. Blomberq nəşrinə danışan mənbələr son durumla əlaqədar olaraq ABŞ rəsmilərinin AB rəsmilərini məlumatlandırdığını söyləyiblər. Məlum olub ki, Rusiyanın Ukrayna sərhədinə çoxlu sayda əsgər və sursat göndərməsindən sonra ABŞ Avropa İttifaqına mesaj verib. ABŞ rəsmiləri son hadisələrlə bağlı Aİ rəsmilərini məlumatlandırdığını və bölgəni yaxından…