Ukraynada yeni daxili işlər naziri postuna namizəd

Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub. “Report“un Şərqi Avropa bürosunun Ali Radadan əldə etdiyi məlumata görə, bu hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiydir. Avakovun istefa ərizəsinə və yeni…

Ukraynada erməni nazir vəzifəsindən istefa etdi

Ukrayna  Daxili İşlər Naziri Arsen Avakov vəzifəsindən istefa etdi. PLATFORM4.NEWS  Daxili İşlər Nazirliyinin rəsmi  saytına istinadən bildirir. Avakov “Ukrayna Nazirlər Kabineti haqqında Qanunun 18-ci maddəsinin birinci hissəsinə uyğun olaraq” daxili işlər naziri vəzifəsindən istefa məktubu təqdim edib.  Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir. Ukrayna Ali Radasında iyulun 15-də keçiriləcək iclasda Avakovun istefa ərizəsinə…

Baydenə şok Rusiya çağırışı: “Ordu səfərbər edilməlidir”

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Prezident Co Baydeni Rusiya ilə daha sərt olmağa çağırıb. Pompeo Baydenin Rusiyanın ABŞ-a qarşı kiberhücumlarının ciddi nəticələri barədə Moskvaya qarşı adekvat addımlar atmalı olduğunu deyib. Pompeoya görə, Rusiya Prezidenti Vladimir Putin kiberhücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırış etdiyi halda, Amerika lideri öz mövqeyində zəiflik nümayiş etdirir: “Putin Baydendən…

ABŞ-ın bu addımlarına qarşılıq veriləcək

Çin 34 şirkətinin ABŞ tərəfindən qara siyahıya salınmasına qarşı lazımlı tədbirlər görəcək. Bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib. Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Çin şirkətlərini qara siyahıya salması əslində çinli təşəbbüskarların məntiqsiz olaraq çəçivəyə salınmasıdır ki, bu da beynəlxalq iqtisadi və ticarət şərtlərinin pozulmasıdır. Açıqlamada qeyd olunub ki, Çin şirkətlərinin qanuni haqlarını və maraqlarını…

İlham Əliyevdən İtaliya prezidentinə təbrik məktubu

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: “Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün dost İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq, yenilməz iradə nümayiş etdirmiş və öz…

Tovuz döyüşləri: dünya azərbaycanlılarının həmrəylik və birlik hərəkatı

Bu gün Tovuz hadisələrindən 1 il ötür və bu günü dünya azərbaycanlıları, Diasporla iş üzrə Dövlət Komitəsi xüsusi olaraq yada salır. Ona görə ki, bu tarix sözün həqiqi mənasında dünya azərbaycanlılarının həmrəylik və birlik hərəkatının yarandığı şərəfli özünütəsdiq günüdür.  Bu hərəkatın dalğası böyüdü və onun önəmi 44 günlük Zəfər tariximizlə təsdiqləndi. https://azxeber.com/az/tovuz-dyusleri-dunya-azerbaycanlilarinin-hemreylik-ve-birlik-herekati/sosial/?fbclid=IwAR0L8MDEVQoLhvI1w9SMs1cQqy-_y34xoCUxASfo3wZ47T723wr7RxLQpZQ     Esmira…

Fransadan Yunanıstana qınaq

Fransa Xarici İşlər Nazirliyinin katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri alan sərnişinlərin öz ərazilərinə buraxdığına görə, təəssüfləndiyini bildirib. Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Avropa Dərman Agentliyinin təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tutduğunu xatırladıb: “Yunanıstanın digər peyvəndləri olan insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil,…

“Sancak” döyüş sistemi Türkiyə Ordusunun arsenalına daxil edildi

Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Sancak” yeni nəsil elektron döyüş sistemi qardaş ölkənin Silahlı Qüvvələrinə təslim edilib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdəki hesabında məlumat verib. Yüksək sürətli “Sancak” sistemi geniş zolaqda çıxış gücünə, müxtəlif növ və rejimlərdə manevr, aldatma, elektron dəstək vermək, avtomatik əlaqə qurmaq kimi imkanları…

Tiflisdə şok olay

Tiflisdə anti-LGBT mitinqi zamanı döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkarava yaşadığı mənzildə ölüb. Bu barədə “Pirveli” telekanalın saytında məlumat verilib. Laşkaravanın cəsədini anası aşkar edib və məhkəmə tibbi ekspertizası hadisə yerinə cəlb olunub. Mərhumun ölümünün dəqiq səbəbi açıqlanmır. İyulun 5-də Tiflisdə LGBT fəalları tərəfindən planlaşdırılan aksiyaya qarşı keçirilən mitinqdə 50-dən çox jurnalist yaralanıb. Səkkiz nəfər…

Bu ölkədə qırmızı təhlükə kodu elan edildi

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə – qırmızı təhlükə kodu elan edilib. Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb. Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda…