Fulya Öztürk tənqidlərə cavab verdi:

Platform4.news bildirir ki,Türkiyənin “CNN Türk” telekanalının hərbi müxbiri Fulya Öztürk Teleqraf.com-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik: – Azərbaycanın Vətən müharibəsindən bəhs edən “Azərbaycanfilm” və Türkiyənin tanınmış şirkəti “DADA Film Prodakşn”ın birgə istehsalı ilə “Fulya” filminə çəkilirsiniz. Film çəkilişləri necə gedir? – Filmin çəkilişləri Qarabağda, Şuşada, Tərtərdə, Ağdamda aparıldı, özümüzü daha məsuliyyətli hiss etdik. Bir az yorulduq, amma…

ONLAR YADPLANETLİLƏRİNDİR,YOXSA…

Naməlum uçan obyektlər Birləşmiş Ştatlar üçün milli təhlükəsizlik təhdidləri yaradır. Virtualaz.org xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin son hesabatında belə deyilir. Hesabat Konqresə təqdim olunmaq üçün hazırlanıb və son vaxtlar Birləşmiş Ştatlarda naməlum uçan obyektlərin yaratdığı təhdidlər barədə artan narahatlıqlara cavabdır. “Naməlum hava təzahürləri uçuşların təhlükəsizliyi sahəsində problemlər yaradır və ABŞ-ın milli təhlükəsizliyi üçün…

Hindistanda dünyanın ən təhlükəli virusu aşkarlandı

Hindistanın milli virusoloğiya İnstitutunun alimləri ilk dəfə yarasalarda “Nipax” (NiV) virusu aşkar ediblər. Bu haqda “The İndian Express” Hindistanın tibbi araşdırmalar Şurasının həmin İnstitutla birgə apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verir. Təbiətdə yarasalarda mövcud olan həmin virus insanlarda ağır xəstəliyə səbəb olur, beyin iltihabı (ensefalit) və ya tənəffüs yolları xəstəlikləri ilə müşaiyət olunur. Virus insanlara…

Vasif Talıbov toylarda yeməyi qadağan edir

Sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq toy şənliklərində yemək qadağan olunacaq. Yeni qaydalara əsasən toylarda süfrəyə  yalnız şirniyyat və çay qoyulacaq. Qeyd edək ki, bir neçə il əvvəl Naxçıvan bölgəsində yas məclislərində ehsan da  ləğv edilib.

Hava zərbələri, Baydenin əmri ilə…

ABŞ Hərbi Hava Qüvvələri ötən gün iyunun 27-də Suriya-İraq sərhədində İrana bağlı silahlı qruplaşmaların bazalarına hava zərbələri endirib. Pentaqonun yaydığı rəsmi məlumatda deyilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri əsasında endirilib və hədəf İranın dəstəklədiyi silahlı qruplaşmaları bölgədəki Amerika maraqlarına qarşı təhdidlərdən çəkindirmək olub. Hava əməliyyatı zamanı həmin qruplaşmanın silah anbarları və obyektləri hədəf…

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 695 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 574, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 121 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 138 684, ikinci…

İlham Əliyev: “Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”

“Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə…

Türkiyə ilə ABŞ arasında Qarabağ müzakirəsi

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da iki ölkə arasındakı münasibətlərin vəziyyəti və perspektivləri, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç danışıb. Onun sözlərinə görə, ABŞ parlamentarilərilə görüş zamanı Qarabağ məsələsinə də toxunulub: “ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı…

Cəhənnəm istiləri başladı: 1200 ildən sonra ilk dəfə…

ABŞ-ın Kaliforniya ştatında bu həftə istilik 48 dərəcəyə çatdıqdan sonra bölgədə fövqəladə vəziyyət elan edilib. ABŞ-ın qərb bölgələrində havanın temperaturu gözlənilmədən qalxıb. Kaliforniya və digər qərb ştatlarındakı bəzi bölgələr bu həftə 48 dərəcə istiliklə rekordlar qırılıb. Kaliforniya qubernatoru Qavin Nyuson həddindən artıq istilərə görə kondisionerlərdən intensiv səbəbiylə elektrik xətlərindəki yükü azaltmaq üçün fövqəladə vəziyyət elan…

Yer kürəsində həyatın olmadığı yeganə yer

ABŞ-ın Kolorado Universitetinin alimləri tərəfindən aparılan araşdırmada Yer kürəsində ilk dəfə həyat olmayan torpaqların aşkar edildiyi bildirilib. Antarktidada aparılan araşdırmada qitənin içərisindəki dağlardan götürülən torpaq nümunələrində canlı DNT aşkarlanmadığı və buna dünyada ilk dəfə rast gəlindyi deyilib. ABŞ Milli Elm Fondu tərəfindən maliyyələşdirilən araşdırmada torpaq nümunələri 2018-ci ilin yanvar ayında Transantarktik dağların ucqarına ekspedisiya zamanı…