Ağdamda 2 elektrik yarımstansiyası tikilir
“Azərenerji” ASC Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə ölkə prezidentinin tapşırığına uyğun olaraq kompleks işlər həyata keçirir. Bu barədə “Azərenerji” məlumat yayıb. Məlumata görə, Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.…










