Rusiya yaxınlığında hərbi fəallıq

NATO-nun Qara dənizdəki hərbi təlimlərinin Donbas münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu təlimlərdə iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Stüart Buman söyləyib. Amerikalı zabit NATO-nun döyüş gəmilərinin təlimlərdən sonra da bir müddət Qara dənizdə qalmağa davam edəcəklərini də diqqətə çatırıb. NATO və Ukrayna Silahlı Qüvvələri iyulun 9-da birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə şərti…

Son dəqiqə: Operativ Qərargah razılıq verdi

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Milli assosiasiya COVİD-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Ukraynadan Gəlmiş Diaspor Rəhbəri Azərbaycanda Miqrasiya Xidmətindən Razılıq Etdi

Vəzifəsindən asılı olmayaraq məmur öz davranışıyla xidmət etdiyi qurum haqqında müsbət vəyaxud mənfi fikir yarada bilər. Gülgün Babayeva Miqrasiya xidmətinin insanlara mədəni davranışda ilk yerdə olduğunu öz peşəkarlığı ilə hər kəsə sübut edir. YUNUS ALIYEV Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev Vilayəti üzrə sədri.   Ömrünü Xalqına-Vətəninə həsr etmiş Yunus Alıyevi Ukraynada və Azərbaycanda tanımıyan yoxdur. Təkcə…

Baydenlə Putin arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Bu barədə Ağ Ev məlumat yayıb. Telefon danışığında prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.

Belçikadan mühüm qərar: “Türklər soyqırımı riski qarşısındadır”

Belçika parlamenti Şərqi Türküstandakı uyğur türklərinin ciddi soyqırımı riski altında olduğunu və uyğurlarla rəftarın insanlığa qarşı cinayət hesab edildiyini bildirən qətnamə layihəsini qəbul edib. Fəhlə Partiyası xaricində bütün siyasi partiyalar Belçika Federal Məclisinin qanun layihəsini dəstəkləyib. Qanun layihəsinə uyğurlara qarşı soyqırımı riski və bəşəriyyətə qarşı cinayətlər barədə açıqlamalar və Belçika hökumətinin Çinə bəzi müraciətləri daxil…

Türkiyəli səfir Şuşada Hikmət Hacıyevlə çörək kəsdi

Xəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik korpusun nümayəndələri ötən gün Şuşada olublar. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə Şuşa səfərindən maraqlı foto paylaşıb. O, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə çörək kəsərkən çəkilmiş fotosunu paylaşaraq yazıb: “Bir türk adəti. Hikmət Hacıyevlə belə çörək kəsdik”.

“Xankəndindəki erməni seçicilərimizlə birbaşa təmaslarımız var”

“Son günlər Xankəndindən olan erməni seçicilərimizin bizə müraciəti çoxalıb. Şəxsən ofisimə çoxlu mesaj və məktublar daxil olur. Biz dəfələrlə qeyd etmişik ki, Qarabağda yaşayan emənilər, xüsusilə Xankəndindəki seçicilərimiz erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Biz bu yaxınlarda “Votsap” nömrəsini aktivləşdirdik və ora çoxlu sayda erməni seçiciləri müraciət edirlər”. Bunu Milli Məclisdə Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev deyib.…

Cəbrayılda ağ fosfor tərkibli sursatlar aşkarlandı

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb. Bu barədə  ANAMA məlumat verilib. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı…

İyulun 12-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən iyulun 12-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyəti dayandırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.