Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”. Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib. “Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, – o bildirib. Bundan…

Leyla Əliyevanın “Açıq pəncərə” kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu oxuculara ruhun, fikrin, duyğunun təzahürü olan, peşəkarlıqla qələmə alınan yaradıcılıq nümunələrini çatdırır, onları poeziyanın səmimiyyətinə bir daha inandırır. Kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr olunub. Kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat…

İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib. Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad…

Ankaradan Moskvaya şok: Türkiyə Qarabağda Rusiyanın önünə çıxdı

“Laçında Azərbaycanla birgə hərbi təlim keçən Türkiyə Rusiya üçün bölgədə çəkindirici faktordur”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Moskvanın bölgədə vəziyyəti mürəkkəbləşdirməyə çalışdığını bildirib: “10 noyabr üçtərəfli bəyanatının imzalanması ilə Qarabağda müharibə sona çatmasına baxmayaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Rusiya yenidən bölgədə durumu gərginləşdirir. Bu da yeni lokal toqquşma riskini artırır. Halbuki Azərbaycan…

ABŞ və Çin liderləri arasında müzakirə

ABŞ Prezidenti Co Baydenlə Çin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub. Bayden prezident seçildikdən 7 ay sonra ilk dəfə Çin lideri ilə təmas qurub. Ağ Evin məlumatında qeyd edilib ki, telefon müzakirəsi 90 dəqiqə çəkib və liderlər ölkələri arasında münasibətlərin pozulmasının qarşısını almaq mövzusunda danışıblar. ABŞ tərəfinin görüşlə bağlı açıqlamasında müzakirələr “əhatəli və…

Kiyev və Bakı şəhərlər arasında qardaşlaşma haqqında Memorandum imzaladı

Kiyev şəhərin Meri  Vitaliy Kliçko və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov şəhərlər arasında Qardaşlaşma Memorandumu imzaladılar. İmzalanma 2021 -ci il Kiyev şəhərinin İnvestisiya Forumu çərçivəsində baş tutdu . Avropa şəhərlərinin bələdiyyə başçıları və bələdiyyə nümayəndələri, şəhər planlaşdırıcıları, beynəlxalq və ukraynalı investorlar, davamlı inkişaf mövzusunda sənətçilər və mütəxəssislər də daxil olmaqla 14 ölkədən 30 -dan çox spiker iştirak…

20 minlik yeni ordu yaradıldı: Türk silahlı qüvvələri ilə birlikdə…

Suriyanın şimalında Suriya Milli Ordusunun (SMO) çətiri altında fəaliyyət göstərən 5 hərbi qrup Bəşər Əsəd rejiminə qarşı Suriya Qurtuluş Cəbhəsi adı altında birləşib. Birliyə “Həmzə”, “Mütəsim”, “Sultan Süleyman Şah”, “20-ci” və “Şimal şahinləri” briqadaları daxildir. Birləşmiş hərbi qruplaşmalar terrordan təmizlənmiş Fərat Qalxanı, Zeytun Budağı və Sülh Çeşməsi bölgələrində Türkiyə Silahlı Qüvvələri ilə mübarizələrini davam etdirəcəklər.…

Eldar Əzizov Ukraynaya səfər etdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti Kiyev şəhərinin meri Vitali Kliçkonun dəvəti ilə Ukrayna paytaxtına səfərə gedib. BŞİH-dən  verilən məlumata görə, səfərin ilk günü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri Kiyevdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Səfər çərçivəsində nümayəndə…

Suriyada Rusiya hərbçisi həlak oldu

Suriyada humanitar yardımla dolu avtomobil karvanının partladılması nəticəsində bir rus hərbçi həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə ölkənin Homs əyalətində olub. Bomba quraşdırılmış avtomobilin karvana yaxınlaşması nəticəsində partlayış baş verib. Əvvəlcə ağır yaralanan Rusiya hərbçisi sonradan dünyasını dəyişib.

Türk nazir S-400-dən danışdı

Rusiyadan növbəti S-400 sisteminin alınması ilə bağlı tərəddüd yoxdur. Bu sözləri Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib. “Biz masa arxasına oturduğumuzda iki sistem üzərində razılaşma əldə edildi. Birincisi göndərildi. İkinci sistemlə bağlı birgə istehsal, müəyyən texnoloji mərhələlər var. Həmçinin burada detallı danışıqlar prosesi də gərəkdir. “Türkiyə birinci sistemi aldı, daha sonra isə ikinci sistemi…