Mövlud Çavuşoğlu: “Ceyhun Bayramovla hər gün telefonla danışırıq”

“Fərqli ölkələrdən təkliflər var. Dünən dedik ki, Azərbaycandan bir təyyarə və 40 yanğınsöndürən avtomobil 150 nəfərlə yola düşəcək. Təyyarə 10 şəxsi heyətlə Dalaman şəhərinə eniş edib. Yanğınsöndürən avtomobillər də Gürcüstandan keçir. Onlar Türkiyəyə gəlirlər”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, meşə yanğınları ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun…

İlham Əliyev və Makron Ermənistanla sərhədindəki vəziyyəti müzakirə etdilər

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə…

Azərbaycan və BMT birgə işçi qrup yaradır

Avqustun 4-də Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib. Nazirlikdən verilən məlumata görə görüş zamanı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun cari ilin iyun ayında Azərbaycana səfərinin nəticələri, səfər müddətində təqdimatı keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası və kampaniya çərçivəsində BMT-nin…

“Türkiyənin bu qərarı Rusiyanı məmnun etdi”

“Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yuri Filipson deyib. “Rusiya və Türkiyə arasındakı əməkdaşlığın bir çox məsələlərdə inkişaf etdiyini görməkdən məmnunuq. Bura hərbi-texniki sahədə əməkdaşlıq da daxildir. Birgə layihələrin həyata keçirilməsi, xüsusən 2019-cu ildə “S-400” müdafiə sisteminin Ankaraya çatdırılması ölkələrimizin bu sahədə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək…

“Bayden Putinin tələsinə düşə bilər”

ABŞ Prezidenti Co Baydenin Rusiya iqtisadiyyatını doğru analiz etməməsi, Barak Obamanın Rusiya ilə münasibətlərə səhv yanaşmasını xatırladır və nəticədə Amerikanı tələyə salacaq. Bunu “Blumberq” agentliyi yazıb. Bayden daha əvvəl Putinin “problemlərinin” olduğunu söyləmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya prezidentinin sərəncamında yalnız nüvə silahı və neft olduğu iddia edilir. Məqalədə qeyd olunub ki, Rusiyanın neft…

“Qarabağ” Kiprdə heç-heçə etdi

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirir. Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır. Oyun Larnaka şəhərindəki “AEK Arena”da keçirilir. Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alırlar.…

Masallı-Cəlilabad-Biləsuvar KOB İnkişafı Mərkəzində ilk təlimlər keçirilib – FOTO

Masallı-Cəlilabad-Biləsuvar KOB İnkişafı Mərkəzinin(KOBIM) təşkilatçılığı və Gənclərin İnkişafı və Karyera Mərkəzinin müvafiq nümayəndəliklərinin təşkilati dəstəyi ilə 2-3 avqust tarixlərində Masallı, Cəlilabad və Biləsuvar rayonlarında “Öz biznesini başla” mövzusunda təlimlər keçirilib.  Rezonans.az xəbər verir ki, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında biznesə başlamaq istəyən gənclər üçün bilik və bacarıqlarının artırılması məqsədilə KOB İnkişaf Mərkəzinin açılışından sonra ilk təlimdə…

Türkiyədəki yanğını qonşusu fürsət bildi

Türkiyə Müdafiə naziri Hulusi Akar Yunanıstanın açıqlamalarına reaksiya verib. Akar Yunanıstanı yaranmış fürsətdən istifadə etməyə çalışmaqda ittiham edib. “Yanğın fəlakətinə qarşı mübarizəmizi davam etdirərkən, təhdid və sanksiya dilindən istifadə etməyə davam edən bir qonşumuz var. Bu, nə qonşuluğa, nə ikitərəfli münasibətlərə, nə müttəfiqliyə, nə də NATO daxilindəki birlik və həmrəyliyimizə uyğun gəlir”, – nazir bildirib.

4 ölkə hərəkətə keçdi: “İrana birgə cavab verəcəyik”

ABŞ Dövlət katibi Entoni Blinken İranın Oman sahillərində dronla İsrailin neft tankerinə hücum etdiyinə əmin olduqlarını bildirərək, İngiltərə, İsrail və Rumıniya ilə qurulan təmaslara diqqət çəkib. Dövlət katibi İranın hücumuna birgə cavab veriləcəyini deyib. “Ötən həftənin cümə günü ticarət gəmisinə edilən hücumu bir daha qınamaq istərdim. Ətraflı araşdırma apardıq və İranın bu hücumu həyata keçirdiyinə…