Zelenskidən Krım açıqlaması: “Bu ilin sonunadək…”

Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci ilin sonuna qədər Krımdakı vəziyyətlə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək. Bu barədə “İnterfaks – Ukrayna” məlumat yayıb. “Bu ilin sonuna qədər Ukrayna işğal olunmuş Krımda insan haqlarının durumu və yarımadanın hərbiləşdirilməsi ilə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək”, – Zelenski bildirib.

Avropa ədliyyə nazirlərinin konfransı keçirilib

Oktyabrın 4-5-də Macarıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Budapeştdə “Rəqəmsal texnologiyalar və süni intellekt – Avropada ədalət mühakiməsi üçün yeni çağırışlar” mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov təmsil edib. Konfransın açılışında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç, Macarıstanın ədliyyə naziri Yudit Varqa giriş sözü ilə çıxış ediblər.…

Yevlax ümumtəhsil məktəblərində “Zəfər Salnaməsi” dərsi adlı layihəyə start verilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı 2-ci Qarabağ müharibəsinin 1-ci ildönümü münasibətilə Yevlax rayon ümumtəhsil məktəblərində “Zəfər Salnaməsi” dərsi adlı layihəyə start verilib. Rezonans.az xəbər verir ki, layihə ilk olaraq şəhər 1 saylı tam orta məktəbində 9-11-ci sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq…

Xeyirbəy Səfərçinovun doğum günü qeyd edilib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən biri – Yeni Dizaxlı kənd sakini Səfərçinov Xeyirbəy Cəlil oğlunun doğum günü qeyd edilib. Rezonans.az xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələri və ailə üzvləri Xeyirbəy Səfərçinovun məzarını ziyarət etmiş, üzərinə gül…

Şuşadan çəkilmiş fotolar Avropa Parlamentində nümayiş etdiriləcək

İsveçin “Cawa Media” xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı…

Rafiq Əliyev: “Qəhrəmanlıq və şücaət təcəssümü”

Düz 27 il əvvəl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi…

Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir – İlham Əliyev

“Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”. Bu fikirləri Prezident, Müzəffər Ali…

Zəngəzur dəhlizində hazırlıq işlərinə başlanıldı

Ermənistan Zəngəzurda yol infrastrukturunun qurulmasına başlayıb. Zəngəzur dəhlizinin keçməsi planlaşdırılan Sisian-Dastakert yolunun 3,7 kilometrlik hissəsi asfaltlanıb. Tikinti işlərinin miqyasının genişləndirilməsi planlaşdırılır. Xatırladaq ki, Zəngəzur dəhlizinin avtomobil yolu olan hissəsinin Laçın-Gorus-Sisian-Dastakert-Naxçıvan marşrutu ilə keçməsi gözlənilir. Ermənistan tərəfinin dəhlizin keçəcəyi ərazidə yol infrastrukturunu qurması bu ehtimalları artırır.

Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, bunun başqa yolu yoxdur – İlham Əliyev

“Bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur”. Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə…

Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlayıb

Pakistan ixrac imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb. Bu barədə  Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasından bildirilib. Bu məqsədlə “National Logistics Cell” logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasında (ABADA) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və ABADA rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın…