Ərdoğan Zəngəzur dəhlizi haqda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən yolda jurnalistlərin suallarını cavablandırıb. Görüşdə müzakirə olunan bir sıra məsələlərə münasibət bildirən Tayyib Ərdoğan Qarabağ mövzusunda da dəyərləndirmələr edib. “Bu görüşdə Zəngəzur dəhlizi gündəmə gəldimi?” sualına cavab verən Ərdoğan bu ifadələri söyləyib: “Zəngəzur dəhlizi bütün bölgə üçün önəmli bir imkan olacaq. Burada…

Prezident ali orden və rütbə ilə təltif edilsin

Təklif edirəm ki, Ali baş Komandan, II Qarabağ Müharibəsində Qələbənin müəllifi İlham Əliyev ali orden və ali rütbə ilə təltif edilsin. Bu təkliflə deputat Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. O bildirib ki, bu təklifə Milli Məclis tərəfindən baxılmalıdır. Deputat əlavə edib ki, bununla əlaqədar qanun layihəsi hazırlanmalı və sənəd parlamentin…

Putinlə görüşdən sonra yayımlandı…

“Nyu-York Tayms” qəzeti BMT Baş Assambleyasının 76-cı sammiti üçün ötən həftə ABŞ-a gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı müsahibənin “S-400”lə bağlı hissəsini dərc edib. Ərdoğanın dünən Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü ilə bağlı məlumata əlavə olunan açıqlamada Türkiyə liderinin qabaqcıl rus müdafiə sistemini satın alaraq Qərbin əsas hərbi ittifaqı olan NATO-nu sarsıtdığı tənqidini…

Putindən Gürcüstanı qəzəbləndirəcək addım

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsindəki separatçıların başçısı Aslan Bjaniyaya “Qələbə və müstəqillik günü” münasibətilə təbrik teleqramı göndərib. Putin təbriklərində iki ölkə arasındakı əlaqələrin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb. “Rusiya təxirəsalınmaz iqtisadi və sosial problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində abxaz dostlarına hərtərəfli yardım göstərməyə davam edəcək”,…

Azərbaycan hər zaman Belarusu təmənnasız dəstəkləyən qardaş ölkədir

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edib. A. Lukaşenko bildirib ki, Azərbaycan Belarusun strateji tərəfdaşıdır: “Azərbaycan bizim strateji tərəfdaşımız, qardaş ölkədir. Azərbaycan həmişə Belarusu təmənnasız olaraq dəstəkləyib”. A. Lukaşenko etimad və etibara görə öz adından və ölkəsi adından Azərbaycan xalqına və dostu İlham…

Ceyhun Bayramov sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana çağırış edib

Azərbaycan-Ermənistan sərhədində gərginlik var. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. “Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata…

Rusiyaya ciddi problemlər yaratmağa hazırıq

Rusiya üçün ciddi problemlər yaratmağa hazırıq. Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. O, Moskvanı manipulyasiya, yalan və ikiüzlülükdə ittiham edib. Onun sözlərinə görə, Kiyev tərəfdaşlarıyla Rusiyanı aqressiyanı dayandırmağa məcbur edəcək şərtlərin yaradılması üçün çalışır.

İnformasiya müharibəsində gənclərin rolu və məsuliyyəti

Kənan Qubadzadə: Bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir Ötən il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Həmin gün Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə və təxribat cəhdinə cavab olaraq, rəşadətli ordumuz əks-hücuma keçdi və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda…

Yevlaxda “Qəhrəmanlar Can Verər, Yurdu Yaşatmaq üçün” mövzusunda videokonfrans formatında tədbir keçirilib

29 sentyabr 2021-ci il tarixdə YAP Yevlax Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin, Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Yevlax şəhər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin iştirakı ilə Vətən müharibəsinin il dönümünə həsr olunmuş “Qəhrəmanlar Can Verər, Yurdu Yaşatmaq üçün” mövzusunda…

Dövlət Himni xarici dövlətlərin ərazisində…

“Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 115 nömrəli Qərarında dəyişiklik edilib. Platform4.news bildirir ki, dəyişikliyə əsasən, Nazirlər Kabineti qərara alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 115 nömrəli Qərarı…