Angela Merkelin şərəfinə qızıl sikkə hazırlanıb
Almaniyada ölkənin 16 illik kansleri Angela Merkelin şərəfinə qızıl sikkə hazırlanıb. Onun üzərində xanım hökumət başçısının ölkəyə rəhbərlik etdiyi müddət (2005-2021) qeyd olunub. 0,3 qram ağırlığında olan sikkənin qiyməti 49 avrodur və bir sıra onlayn mağazalarda təklif olunur.










