Ərdoğan: Türkiyədə meşə yanğınlarının əksəriyyəti lokallaşdırıldı

Türkiyənin 44 əyalətində iyulun sonunda başlayan 208 meşə yanğınının 196-sı lokallaşdırılıb. Beş əyalətdə – Antalya, Muğla, İsparta, Aydın və Denizlidə 12 yanğının söndürülməsi davam edir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə rəhbəri vurğulayıb ki, dövlət bütün səylərini yanğınlarla mübarizəyə yönəldib. Onun sözlərinə görə, təkcə yanğınların söndürülməsində 56 helikopter cəlb edilib. Ərdoğan qeyd…

İsrail dronları Qəzza zolağına zərbələr endirdi

İsrailin pilotsuz uçuş aparatı Qəzza zolağının şimalına zərbə endirib. Bu barədə Fələstinin WAFA agentliyi bildirib. Məlumata əsasən, ən azı iki raket mərmisi Beyt-Lahiya şəhəri yaxınlığındakı əkin sahələri kimi istifadə edilən əraziyə düşüb. Bu da maddi ziyana gətirib çıxarıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Keçmiş deputat Krımı qaytarmağın yolunu göstərdi

Ukrayna Ali Radasının keçmiş deputatı Anna German Krım və Donbasa yenidən sahib olmağın yolunu açıqlayıb. Keçmiş deputatın fikrincə, bu, Ukraynanın 2 qonşu dövlətlə (Rusiya və Belarus nəzərdə tutulur) sülh şəraitində yaşayacağı halda mümkündür. Keçmiş deputat hesab edir ki, əks halda ukraynalılar öz arzularından əbədi əl çəkməli olacaqlar.

Azərbaycanın xarici siyasət kursu: Parlament diplomatiyası

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli dövlət kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi…

Üç yeni planet kəşf edildi

Astronomlar yaxınlıqdakı ulduzun ətrafında Günəş sisteminə çox oxşar üç yeni ekzoplanet kəşf ediblər. Yeni planetlərdən birində yaşayış ehtmalı mümkündür. Yerdən 35 işıq ili məsafədə olan L 98-59 ulduzu ətrafında fırlanan planetlərin atmosferində və ya içərisində su ola biləcəyi ehtimal olunur. Ulduza ən yaxın olan planetlərdən ikisinin quru, lakin digərində yer kürəsininin üçdə biri qədər maye…

Bu xəstəlikləri olanlar peyvənd vurdurmasınlar

Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək məsləhətdir. Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov Azərtac-a COVID-19 infeksiyasına qarşı istifadə edilən peyvəndlərə əks-göstəriş olan xəstəliklər barədə məlumat verib. Həkim-infeksionist bildirib…

Azərbaycan-Latviya parlamentlərarası münasibətləri müzakirə olundu

Latviya Seyminin sədri İnara Murnietse Azərbaycanın bu ölkədəki sabiq səfiri Cavanşir Axundovla görüşüb. Görüşdə İnara Murnietse Latviya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Azərbaycana son səfərini və Prezident İlham Əliyev, habelə Milli Məclisin sədri və digər dövlət rəsmiləri ilə səmərəli görüşlərini məmnunluqla xatırlayan İnara Murnietse ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. İki ölkənin parlamentləri arasında əlaqələrin…

Komandamız “Tokio-2020”ni bu nəticə ilə başa vurdu

Azərbaycanın Milli Olimpiya komandasının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska…

Mesut Mezkit: “Burada da dünyaya qardaşlıq nümayiş etdiririk”

Azərbaycandan göndərilən yanğınsöndürən maşınların, oradan gələn qardaşlarımızın alovların qarşısının alınmasında əvəzsiz xidmətləri var. Çox böyük professionallıqla, ən başlıcası isə var gücləri ilə çalışırlar. Bunu  Azərtac-a müsahibəsində Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Aydın vilayəti üzrə sədri Mesut Mezkit bildirib. Azərbaycandan gələn növbəti qrupun bu istiqamətdə işlərini hazırda davam etdirdiyini bildirən M.Mezkit deyib: “Onlara, Azərbaycan dövlətinə və xalqına…