Qəbələ rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilib

Qəbələ rayon İcra Hakimiyyətində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi məqsədi ilə onlayn müşavirə keçirilib. Rezonans.az xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə rayonda aparılan vaksinasiya işləri müzakirə edilmişdir.…

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğradı

Yunanıstanda “Petzetel” yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində ölən olmayıb, pilotun vəziyyəti yaxşıdır. Məlumata əsasən, təyyarə Zakinf adasında yanğınların söndürülməsində iştirak edirmiş. Qəzanın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.

ABŞ ordusu “Taliban” mövqelərini bombalayıb

ABŞ ordusu Əfqanıstanda “Taliban” qüvvələrinin mövqelərini bombalayıb. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman öz tvitter səhifəsində məlumat verib. O hücum nəticəsində terrorçuların ağır itkilər verdiyini bildirib. Məlumatda qırıcı təyyarələrin “Taliban”ın Qəndəhar, Herat və Leşgərgah şəhərləri ətrafındakı mövqelərini bombaladığı qeyd olunub.

Rus hərbçiləri sərhədimizdə

Ermənistan müharibədə ağır məğlubiyyətdən sonra ikinci şokunu yaşadı – Azərbaycan bu ölkə ilə az qala 30 il nəzarətsiz qalan sərhədini müəyyənləşdirməyə başladı. Ermənilər Azərbaycan hərbçilərini yaxınlıqlarında görürlər. İrəvan bu vəziyyətdə sərhədin müəyyənləşməsi məqsədilə Bakı ilə danışıqlara razı olmaq əvəzinə Rusiyaya yalvarmağa başladı ki, “gəlin sərhədə yerləşin. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Moskva…

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Avqustun 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 47 min 475 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 30 min 972 ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 16 min 503 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 418 min 243-ə…