TB2-lər Cəlal-Abad hava limanında yerləşdirilib.
Səfər zamanı Çaparova “Bayraktar”lar haqqında məlumat verilib, nümayiş uçuşu həyata keçirilib.
Qırğızıstan Prezident Administrasiyasından verilən açıqlamada “Bayraktar TB2”lərin tamamilə büdcədən ayrılan vəsaitlə alındığı və ölkənin müdafiə, təhlükəsizlik və sərhəd mühafizəsi üçün istifadə ediləcəyi vurğulanıb.
Qırğızıstan TB2-lərinin həm ROKETSAN tərəfindən hazırlanmış MAM-L sursatları, həm də ASELSAN tərəfindən hazırlanmış CATS elektro-optik sensor sistemi ilə təchiz edildiyi görülüb. CATS sistemi indiyədək 5 ölkəyə ixrac edilib. Xaricə ixrac edilən CATS sistemləri “Bayraktar TB2” platformaları tərəfindən istifadə olunur.
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin paylaşdığı məlumata görə, ölkəsi Türkiyədən 33,4 milyon dollar dəyərində hərbi texnika alıb. Taşiyevin sözlərinə görə, Qırğızıstan ilk dəfə olaraq Türkiyədən 40 zirehli maşından əlavə “Bayraktar TB2” alıb.
Taşiyev həmçinin qeyd edib ki, Rusiyadan “Orlan-10” PUA-ları da alıblar.







