Ukraynada Kiyev Tolerantlıq Forumu keçirilib

Ukrayna paytaxtında Kiyev Tolerantlıq Forumu (millətlərarası və konfessiyalararası platformalar) keçirilib. Forum Kiyev şəhər dövlət administrasiyasının mədəniyyət departamentinin təşəbbüsü və dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mərkəzin sədr müavini Natalya Kudryaşovanın aparıcılığı və Dini icmalarla əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Vyaçeslav Qorşkovun moderatorluğu ilə aparılan forumda milli azlıqların 36, dini birliklərin 17…

Zelenski ikili vətəndaşlıq haqqında qanun layihəsini Radaya təqdim edəcək

Dekabrın 1-də prezident Vladimir Zelenski Ali Radaya diaspora üçün ikili vətəndaşlıq haqqında qanun layihəsi təqdim edəcək. Bu barədə o, çərşənbə günü parlamentə müraciətində bildirib . “Mən çoxlu vətəndaşlıq məsələsinin Kanada, ABŞ və Avropa İttifaqında yaşayan ukraynalılar üçün nə qədər vacib olduğunu bilirəm. Bu gün mən ilk dəfə qanun layihəsi təqdim edirəm. İlk dəfə olaraq, bütün dünyada ukraynalılar…

Prezident həlak olanların dəfni ilə bağlı tapşırıqlar verdi

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Dəfn tədbirləri sabah valideynlərlə məsləhətləşilməklə həyata keçiriləcək”. Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O,…

Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb. Qonağı salamlayan Komitə sədri Fuad Muradov onu yenidən ölkəmizdə görməkdən məmnunluq duyduğunu bildirib, Əziz Sancarın həyatının, elmi fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərimizin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan dünyada…

İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Xanım Zobaida Cəlalın səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmi qeyd edildi. Dövlətimizin başçısı bu yaxınlarda Pakistan Prezidenti…

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verib

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə…

İnsanların görünüşü dəyişəcək

Temperaturun yüksəlməsi insanların görünüşünü əhəmiyyətli dərəcədə dəyişəcək, lakin bu dəyişikliklərin özünü necə göstərəcəyini zaman göstərəcək. Bu barədə Misirin “Sasapost” nəşrində yayımlanan məqalədə bildirilib. “Dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq effektiv yaşamaq üçün açardır. Bu gün daha sürətli qlobal istiləşməni gördükcə, yalnız dəyişikliklərə uyğunlaşan növlərin sağ qalacağı aydınlaşır. Qalanları yox olmağa məhkumdur. Qlobal istiləşmə artıq bu gün…

Dünyada ilk dövlət iqlim dəyişikliyinə görə əhalisini köçürdür

Tuvalu ada dövlətinin (Okeaniyada) xarici işlər naziri Simon Kofi, ölkəni su basarsa, sakinlərin köçmək məcburiyyətində qalacağını söyləyib. Tuvalu hakimiyyəti qlobal istiləşmə ilə bağlı ən pis ssenarini nəzərdən keçirir – adanın ərazisi su altında qalacaq və yaşayış üçün yararsız olacaq. Kofinin sözlərinə görə, bu baş verərsə, Tuvalu dünyada iqlim fəlakətləri səbəbindən əhalisini köçürdən ilk ölkə olacaq.…

Ermənistanla sərhədləri müəyyənləşdirə biləcək Rusiyadakı xəritələr – Video

Ötən ay Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunda Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi. Bundan sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı. Bəs, əslində söhbət hansı xəritələrdən gedir? Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov bu ölkənin arxivlərində araşdırma aparıb, ötən əsrin 23-cü ilindən başlayaraq…