Müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərər açıqlandı

Müharibə nəticəsində Ukrayna iqtisadiyyatının birbaşa itkiləri 113,5 milyard dollara yüksəlib. Bu barədə Kiyev İqtisadiyyat Məktəbinin islahatlarına dəstək layihələrinin rəhbəri Maksim Nefedov ümummilli marafonun efirində bildirib. O əlavə edib ki, PUA və peyklərin köməyi ilə toplanmış Ukrayna infrastrukturunun dağılması və zədələnməsi ilə bağlı görüntülər hazırda fəal şəkildə təhlil edilir. Bu, dəymiş ziyanı qiymətləndirmək və zədələnmiş şəhərlərin…

UKRAYNADA HƏBS EDİLƏN QAZİMİZƏ AZƏRBAYCANDAN HÜQUQİ DƏSTƏK

Məlum olduğu kimi Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə video- müraciət etmişdi. Videomüraciətdə M.Qasımlı ölkə başçısından və ictimaiyyətdən ona dəstək göstərilməsini xahiş edirdi. “Mən Prezidentdən xahiş edirəm ki, bu işi nəzarətə götürsünlər. Mənə kömək etsinlər. Burada mənə qarşı haqsızlıq, ədalətsizlik edilir. Prokuror deyir ki, Qarabağda…

Kiyevin mərkəzində məhv edilmiş Rusiya texnikasının “paradı” keçirilib – FOTO/VİDEO

Kiyevdə məhv edilmiş Rusiya hərbi texnikasının “paradı” başlayıb. Rusiya işğalçı qüvvələrinin məhv edilmiş avtomobilləri, zirehli texnikası və digər silahları şəhərin mərkəzi küçəsi Xreşatikdə yerləşdirilib. Bu barədə Kiyevdə yaşayan həmyerlimiz, PLATFORM4.NEWS saytının təsisçisi Qulu İbrahimov bildirib. Kiyevlilər və paytaxtın qonaqları Ukraynanın şəhər və kəndlərini yerlə-yeksan etmiş, işğalçı Rusiyanın məhv edilmiş hərbi texnikalarını  öz gözləri ilə görə…

“Laçın bütünlükdə Azərbaycanın nəzarətinə keçir”

“Laçın şəhəri yaxın günlərdə bütünlükdə Azərbaycanın nəzarətinə keçəcək. Ermənilər qanunsuz məskunlaşdıqları ərazini avqustun sonunda tərk edəcəklər”. Bununla bağlı “Haber Global” hazırladığı materialda qeyd olunur. “Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 10-da bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, həm Rusiya sülhməramlıları, həm də ermənilər Laçın dəhlizini tərk etməlidir. 1992-ci ildə işğaldan sonra…

Dünyaca məşhur azərbaycanlı professora “Diaspor fəaliyyətində xidmətinə görə” medalı təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İnsan Miqreni Araşdırmaları mərkəzinin rəhbəri, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü  Məsud Aşinaya “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalını təqdim edib. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edək ki, Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə…

Azərbaycan Gürcüstanın ən böyük ixracatçılarından biridir

Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb. Bu barədə ölkənin Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb. 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixrac həcmində 10 ən böyük ixracatçı ölkənin payı 79,6% təşkil edib. İlk üç ixracatçı siyahısında Çin (475,6 milyon ABŞ dolları), Azərbaycan (351,5 milyon ABŞ dolları) və Rusiya (339,1 milyon ABŞ dolları) var.…

Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra vurğulayıb ki, Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq. O, bu barədə avqustun 18-də Lvovda keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib. Eyni zamanda, Türkiyə Prezidentinin dediyi kimi,…

Rusiya Zaporojye AES-in işini dayandırmaqla hədələdi

Rusiya hərbi komandanlığı Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) işini dayandırmaqla hədələyir. Bu barədə RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib. “5 və 6-cı enerji bloklarının “soyuq rezerv”ə daxil edilməsi məsələsinə baxıla bilər ki, bu da Zaporojye Atom Elektrik Stansiyasının dayanmasına səbəb olacaq”, – deyə Rusiya…

Çin Tayvan sahillərinə 51 təyyarə və 6 döyüş gəmisi göndərdi

Tayvan Silahlı Qüvvələri adaya Çin Xalq Azadlıq Ordusunun 51 təyyarəsi və 6 döyüş gəmisinin  yaxınlaşdığını qeydə alıb. Bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik xülasəsində məlumat verilir. “Avqustun 18-i saat 17:00-a olan məlumata görə, Tayvan Silahlı Qüvvələri ada yaxınlığında dəniz və hava məkanında 51 təyyarə və 6 gəminin fəaliyyətini qeydə alıb”, – deyə məlumatda qeyd edilib.…