İlham Əliyev bir qrup idman mütəxəssisini təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər: “Şöhrət” ordeni ilə Həsənov Tərlan Əliheydər oğlu Rəcəbli Əhməddin İzət oğlu “Tərəqqi” medalı ilə Kələntərov Ceyhun Musa oğlu. Dövlət başçısının digər sərəncamı ilə bir qrup idman mütəxəssisinə…

Azərbaycan icması Torontoda piket keçirib

Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə piket keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Aksiya “Vətən” Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə şəhərin izdihamlı Mel Lastman meydanında baş tutub. Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı piketdə dost xalqların nümayəndələri, o cümlədən yəhudi və…

Xersonun kəndində Ukrayna bayrağı qaldırıldı

Ukraynanın Xerson vilayətinin Mirolyubovka kəndində Ukrayna bayrağı qaldırılıb. Bununla bağlı kadrlar Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımlanıb. Görüntülər 128-ci Dağ Hücum Briqadası tərəfindən qeydə alınıb. Bildirilib ki, Ukraynanın cənubda Rusiya işğalına qarşı hücumlar davam etdirilir.

Rəsmi Bakıdan Ukraynanın ərazi bütövlüyü ilə bağlı AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın ərazi bütövlüyü ilə bağlı açıqlama verib. XİN-in mətbuat katibi Leyla Abdullayeva  açıqlamasında mövzu ilə bağlı danışıb. “Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, – deyə o əlavə edib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin…

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinə start verilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müssabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin icrasına başlanılır. Rezonans.az xəbər verir ki, layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbi tərəfindən icra olunur. İcra müddəti 6…

“Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir”

“Avropanın daha 3 ölkəsi – Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan əlavə qaz almaq istəyir”. Bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. “Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi – Rumıniya,…

Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. APA-nın yerli bürosu xəbər verir ki, teleqüllə Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Qeyd edək ki, sabah Tbilisidə “Tbilisoba” şəhər bayramı keçiriləcək. Eldar Əzizov bayram tədbirlərində iştirak…

“NATO Ukrayna müharibəsinə qoşula bilər”

“Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibə əməliyyatlarına qoşula bilər”. Bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ərazisinə atom bombası atarsa, bu, Təhlükəsizlik Şurası üzvlərinin konsensusunu pozacaq. Bu da NATO-nu Ukrayna müharibəsinə müdaxilə etməyə məcbur edəcək.

“Yaponiya və Çin dünyada sülh və firavanlığa görə məsuliyyət daşıyırlar”

“Regional və qlobal miqyasda sülh və firavanlıq üçün böyük məsuliyyət Yaponiya və Çinin üzərinə düşür”. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda simpozium iştirakçılarına müraciəti zamanı deyib. Simpozium iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 50 illiyinə həsr olunub. Baş nazir eyni zamanda bu dövlətlərin ikitərəfli münasibətlərdə müxtəlif problemlər yaşadığına da diqqət çəkib. Kişida Yaponiya…