Rusiya yeni raket zərbələri dalğasına hazırlaşır
“Rusiya Federasiyası yeni raket zərbələri dalğasına hazırlaşır, bunun üçün Qara dənizə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb”. Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qomenyuk telemarafon zamanı məlumat verib. “Uzun müddətdən sonra ilk dəfə Qara dənizdə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb. Göyərtəsində səkkiz “Kalibr” raketi daşıyan yerüstü raketdaşıyıcının ortaya çıxması hazırlıqların getdiyindən xəbər verir”, – deyə Qomenyuk bildirib.…










