Qara dənizdən Rusiyaya böyük hücum ssenarisi ortaya çıxdı

Çinin “Sohu” portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. Müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənub sərhədlərində cəmləşdirməkdə davam etdiyini qeyd edib. Yazar bildirir ki, bölgə təkmilləşdirilmiş hava hücumundan müdafiə çoxfunksiyalı radiolokasiya stansiyası (radar) və havada incə hədəflərin aşkarlanması və izlənilməsi sistemi ilə təchiz olunub.…

Çində Nizami Gəncəvinin yubileyi münasibətilə elmi jurnal nəsr olunub

Pekində Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub. Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə dərc olunan jurnal “Nizami irsi” layihəsi çərçivəsində işıq üzü görüb. Nəşrə universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 məqaləsi daxil edilib. Onların beşi tədqiqat, ikisi…

II Elizabetin oğlu əlahəzrət titulundan məhrum edilə bilər

Böyük Britaniya Kraliçası II Elizabetin oğlu, York hersoqu Endryu əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum oluna bilər. “The Sunday Times”  xəbər verir ki, şahzadə Endryu Amerika məhkəməsində 17 yaşlı qıza təcavüz edilməsi ilə bağlı işi uduzarsa, Böyük Britaniya Kraliçası belə bir qərar verə bilər. Qəzet yazır ki, Britaniya kral ailəsi özünü şahzadə Endryunun qurbanı adlandıran Virciniya Cufrenin…

“Cənubi Qafqazla bağlı vahid paket hazırlanır”

“İlk növbəbə qeyd etmək istərdim ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması işində ən mühüm istiqamətlərdən biridir”. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib. O, müsahibəsi zamanı həmçinin qeyd edib ki, bu  hər iki ölkənin dinc yanaşı yaşamaqdan konkret praktiki fayda əldə etmək…

Türkiyə böhranı fürsətə çevirən ilk ölkədir

2021-ci ildə Türkiyənin ixracı 225,36 milyard dollar təşkil edib ki, bu da ölkə üçün rekord göstərici olub. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Əvvəlki illə müqayisədə 2021-ci ildə ixracın həcmi 32,9% artaraq 225,36 milyard dollar təşkil edib. Bu, rekord göstəricidir”, deyə R.T.Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyənin xarici ticarəti 2002-ci ildəki 87,6 milyard dollardan…

2022-ci ildə münaqişələrin alovlana biləcəyi yerlər açıqlanıb

ABŞ-ın “Foreign Policy” jurnalı “barıt çəlləkləri”, yəni, dünyada 2022-ci ildə münaqişələrin alovlana biləcəyi yerləri açıqlayıb. Nəşrin siyahısında ilk yerdə Efiopiya dayanır. Hökumət qüvvələri və Tiqrayn Azadlığı Cəbhəsi arasında toqquşmaların hər an baş verməsi mümkündür. Məqalədə qeyd olunur ki, Cənubi Çin dənizində ABŞ və Çinin hərbi təyyarələri arasında qeydə alınan insidentlər müharibə riskini artırır. 2001-ci ildə…

Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutacaq

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il “Şuşa ili” elan etdi. Prezident İlham Əliyev ötən gün Yeni il münasibəti ilə çıxışında bildirdi ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək: “Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək…

Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

“NATO yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır”. Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib. “Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq”,…

2021-ci ildə cəmi 402 milyard dollar qazanan 10 nəfər…

Başa çatan 2021-ci il ərzində dünyanın ən zəngin 10 adamı cəmi 402,17 milyard dollar qazanıb.  Bu barədə “Bloomberg” agentliyinin milyarderlər indeksində bildirilir. Belə ki, “Bloomberg Billionaires Index” dekabrın 29-da olan rəqəmlər əsasında “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın hesablarında 277 milyard dollar olduğunu müəyyən edib. Ötən ilin əvvəlindən bəri “Tesla”nın sahibinin sərvəti 121…