Ukraynaya İngiltərədən hərbi yardım

Son üç gündə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus C-17A “Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya səkkiz uçuş həyata keçirilib. Növbəti ZZ171 təyyarəsi bu gün gecə saatlarında Kiyev yaxınlığındakı Borispol aerodromuna çatıb. İngilis təyyarələri İngiltərədəki Brayz Nortondakı hərbi hava bazasından Ukraynaya uçur. Hər bir C-17A “Globemaster III” 77.5 tona qədər yük daşımaq gücündədir. İngiltərə müdafiə…

Prezident 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib – Video

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Watch this video on YouTube

“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib

Platform4.news xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib. DİDK rəhbərliyinin moderatorluğu ilə aparılan konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar faciəsinin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik…

Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb. “Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir…

Volodimir Zelenski ABŞ-ın dövlət katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub. “Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik – bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, – E.Blinken bildirib. V.Zelenski isə ABŞ-ın dövlət katibinin…

Xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub

“Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, YAŞAT Fondu yaradılıb”. Bunu Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib. “Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm YAŞAT Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə…

Azərbaycanın peykdən yayımlanan bütün telekanalları HD formatına keçir

Yanvarın 28-dən “AzərSpace” peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur. Bu barədə  Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. Şura peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edərək bildirib ki, bu məqsədlə aşağıdakı texniki parametrlərdən istifadə olunacaq: Frequency: 11175 Symbol Rate: 30000 Polarization: Horizontal FEC: 3 / 4.