Krım körpüsündə baş verən partlayış anı videoya düşüb
Sosial şəbəkələrdə Krım körpüsündə baş verdiyi iddia edilən partlayışın videosu yayımlanıb. Krım körpüsü ilə nəqliyyatın hərəkəti tamamilə bağlanıb. Partlayış anının videosu, Rusiyanın Astra layihəsi tərəfindən Telegram-da yayımlanıb. Rusiyanı müvəqqəti işğal olunmuş Ukrayna Krımı ilə birləşdirən Krım körpüsündə yolun bir hissəsi dağıdılıb. Yanacaq çənləri yanır, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.










