Prezidentdən gözəl xəttatlıq nümunəsi

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub. Səfər zamanı prezident Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Milli Mücahidlər Muzeyində xatirə dəftərinə ürək sözlərini yazan prezident yazı xəttinin səliqəsi ilə seçilib. Qeyd edək ki, yazı prosesi masada yox, daş üzərində aparılıb və dəftər kifayət qədər narahat…

“Avropa İranı təcavüzə ortaq kimi tanımalıdır”

İran Rusiyanın Ukraynaya qarşı təcavüzündə ortaqdır. Tehran “Şahedləri” Rusiyaya ötürür və işğalçılara PUA-ları idarə etməyi öyrədir. Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədəki səhifəsində yazıb. “Əgər İran Rusiyaya raket göndərirsə, onların şəhərlərimizə hücum edəcəyini çox yaxşı bilir. İran ruslara dronları idarə etməyi öyrədəndə bilir ki, onlar Ukrayna enerji infrastrukturuna hücum edəcək…

“İran yaxın 48 saat ərzində ölkəyə hücum edə bilər”

Səudiyyə Ərəbistanındakı ABŞ qoşunları və krallığın öz ordusu İrandan gələn hədələrdən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Ər-Riyad Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən infrastruktur hədəflərinə mümkün zərbələr gözləyir. Ölkə kəşfiyyatının məlumatına görə, yaxın 48 saat ərzində İran tərəfindən hücum baş verə bilər.

“İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək”

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. “Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək”, – deyə idarədən…

Pxenyan ABŞ-yə nüvə müharibəsi barədə xəbərdarlıq etdi

ABŞ və Şimali Koreya arasında nüvə müharibəsi ssenarisi son mərhələyə keçib. Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, oktyabrın 17-dən 28-dək Cənubi Koreya ərazisində genişmiqyaslı “Milli müdafiə” təlimləri keçirilib və cəmi bir neçə gün sonra ABŞ və Cənubi Koreyanın ən böyük birgə “Vigilant Storm” hava təlimləri başlayıb. Şimali Koreya Xarici İşlər…

Kiyev vilayətinin sakinləri müvəqqəti olaraq başqa bölgələrə köçürülə bilər

Kiyev vilayətinin hakimiyyət orqanları soyuq hava şəraitində gələcək hadisələrin bir neçə ssenarisini nəzərdən keçirir. Qışda Kiyev vilayətinin sakinləri enerji sektorunda kritik vəziyyət yaranarsa, müvəqqəti olaraq başqa bölgələrə köçürülə bilərlər. Onlar vəziyyətin daha stabil olduğu bölgələrə köçürülə bilər. Bunu Polşanın “Onet” nəşrinə müsahibəsində Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksiy Kuleba deyib. Region rəhbəri vurğulayıb ki, Ukrayna…

İsveç Ukraynaya daha müasir silahlar verəcək

İsveç yeni müdafiə siyasətinin nümunəsi kimi Ukraynanı daha müasir silahlarla təmin edəcək. Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib. O qeyd edib ki, İsveç Rusiyaya qarşı müharibədə Kiyevi daha fəal dəstəkləyəcək. “Mənim Ukraynanın müdafiə naziri Aleksey Reznikovla ilk ikitərəfli görüşüm oldu”, – deyə Yonson bildirib. Qeyd edək ki, İsveç hökuməti məhz hansı müasir silahların göndəriləcəyini…

Birgə bəyanatın mətni yayıldı – FOTO

Azərbaycan, Rusiya və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul olunub. Birgə bəyanatın tam mətninin əks olunduğu fotolar yayılıb. Bəyanatda 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi qeyd olunub. Bəyanatda Qarabağla bağlı bir sözün belə işlədilməməsi, bunun da Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığının…

“Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub”

“Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ciddi addım tələb edən formatdır.

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi Rusiya raketi Moldova ərazisinə düşüb. Bu barədə məlumatı Moldova Daxili İşlər Nazirliyinin Mətbuat xidməti  feysbuk hesabında paylaşıb. Bildirilir ki, raket Ukraynanın Vinnitsa vilayətinin yaxınlığında yerləşən Naslavça yaşayış məntəqəsinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi evlərin pəncərələri sınıb. Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın…