Özbək diplomat Ukrayna Azərbaycanlıları Radasının qonağı olub

Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin birinci katibi Abdurahmon Mahmudovla görüşüb. Bu barədə UAR-dan Platform4.news-a bildirilib. UAR fəaliyyəti barədə özbəkistanlı diplomata geniş məlumat verən baş katib türkdilli diasporlar arasında əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Məmmədov bildirib ki bütün fəaliyyətimizin əsas xəttini fikirdə, sözdə və işdə birlik ideyası təşkil edir. 2500 illik Xiva…

Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək

Kiyevdə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi (“Ukraine Invest”) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə  Agentlikdən bildirilib. Məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ukraine Invest”in baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar. Memorandum iki ölkənin sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin…

Azərbaycan Prezidenti ukraynalı müəllimləri təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər. “Dostluq” ordeni ilə Antonenko…

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və Alyansın müttəfiqlərinə qarşı fəaliyyət göstərməkdən çəkinməyə çağırıb. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında Ukrayna və Avropada təhlükəsizlik məsələsi üzrə fikir ayrılığı öz həllini tapmayıb: “NATO və Rusiya təlimlərin şəffaflığını, kibertəhlükəsizliyin səviyyəsini, silahlar üzərində nəzarəti artırmaq məqsədilə yeni görüşlər…

“Omikron” ən çox kimlər üçün təhlükəlidir

Koronavirusun “Omikron” ştammı yaşlı insanların, peyvənd olunmamış şəxslərin və yanaşı xəstəliklərdən əziyyət çəkənlərin həyatı üçün xüsusi təhlükə yaradır. Bu barədə ÜST-nin fövqəladə hallar departamentinin texniki qrupunun rəhbəri Mariya van Kerxove məlumat verib. Onun sözlərinə görə, “Omikron” infeksiyasından ölüm riski yaş artdıqca artır: “Bizdə həmçinin azı bir yanaşı xəstəliyi olan insanların xəstəxanaya yerləşdirmə və ölüm riskinin…

Dünyanı gözləyən böyük təhlükə açıqlandı

İqlim böhranı dünyanı təhdid edən ən böyük təhlükələrdən biridir. Bu barədə Dünya İqtisadi Forumunun hazırladığı hesabatda deyilir. Bildirilir ki, sosial xərclərin artması, kiber hücumlar da təhdidlər arasında yer alır. Elm adamları hesab edir ki, 10 il ərzində ciddi tədbirlər görülməsə iqlim böhranı gələcək üçün daha da acı nəticələrə gətirib çıxaracaq. Həmçinin insanların təbiətə vurduğu zərər,…

ABŞ-da PUA-ların sürü halında idarə olunması sınaqdan keçirilib

ABŞ-ın “Raytheon” şirkəti OFFSET (OFFensive Swarm-Enabled Tactics) adlanan proqram çərçivəsində 100-dən çox PUA-nın sürü halında idarə olunmasını sınaqdan keçirib. Bu barədə şirkətin mətbaut xidməti məlumat yayıb. Sınaq zamanı 130 fiziki və 30 simulyasiya edilmiş PUA-lardan istifadə edilib. PUA-lardan ibarət olan sürü həm qapalı, həm də açıq havada şəhər şəraitində operator tərəfindən idarə olunub. Şirkət rəsmiləri…

Bill Qeyts dünyada koronavirusa yoluxmaların azalacağını proqnozlaşdırdı

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts “omikron” ştammı dalğasının düşdüyündən sonra koronavirusa yoluxma halların azalacağını proqnozlaşdırır. Bu barədə B.Qeyts öz “Twitter” səhifəsində yazıb. B.Qeyts bildirib ki, müxtəlif ölkələrinin səhiyyə sistemləri COVID-19-un “omikron” ştammının dalğası ilə birlikdə çətinliklərlə üzləşəcək. O hesab edib ki, xəstəliyin ən ağır halları peyvənd olunmamış vətəndaşlar arasında müşahidə olunacaq. Bununla belə, B.Qeyts “omikron”…