Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 minə yaxın canlı qüvvəsini itirib. Bundan başqa, Rusiyanın 1 552 ədəd tankı, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş…

Ukrayna Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində iki razılaşmanı dayandırır

Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi nüvə təhlükəsizliyi sahəsində Rusiya Federasiyası ilə əməkdaşlığa dair beynəlxalq müqavilələri dayandırır. Bu barədə “Energoatom” şirkətindən məlumat verilib. Müvafiq əmr Ukraynanın nüvə və radiasiya təhlükəsizliyi üzrə baş dövlət müfəttişi səlahiyyətlərini yerinə yetirən Oleq Korikov tərəfindən imzalanıb. Qərara əsasən Ukrayna aşağıdakı beynəlxalq müqavilələr üzrə öhdəliklərini dayandırır: Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi ilə…

G7 Ukraynaya 29,5 milyard dollar ayıracaq

Böyük Yeddilik (G7) ölkələri Kiyevə maliyyə çatışmazlığını aradan qaldırmağa kömək etmək üçün 2022-ci il ərzində büdcə dəstəyi olaraq təxminən 29,5 milyard dollar ayrılacaq. Bu barədə bazar ertəsi yayılan “böyük yeddilik” liderlərinin Ukrayna üzrə birgə bəyanatında deyilir. Bildirilir ki, ümumilikdə Ukraynaya 2014-2021-ci illər ərzində göstərilən iqtisadi yardımın həcmi 60 milyard dolları ötür.

Kanada Baltik dənizinə iki hərbi gəmi göndərir

İki Kanada hərbi gəmisi “Reassurance” (“Təminat”) əməliyyatı çərçivəsində dörd ay müddətinə Şimali Atlantik okeanı və Baltik dənizinə göndərilir. Bu barədə Kanada Silahlı Qüvvələri məlumat yayıb. “Kinqston” və “Sammerside” gəmiləri xüsusi heyət və minalardan təmizləmə avadanlığı ilə sahil müdafiə gəmisi kimi Baltikyanı ölkələrə göndərilir. “Kanada NATO-nun Mərkəzi və Şərqi Avropada təhlükəsizlik və nəzarətin təmin edilməsi tədbirlərinə…

“Türkiyə ilə saziş üzərində işləyirik”

NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib. Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib: “Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, – Stoltenberq bildirib. İsveç baş naziri Maqdalena Andersson isə ölkəsinin…

“Azərbaycan nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək”

“Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı bildirib. Azərbaycanın bütün bu işləri öz maliyyə resursları hesabına apardığını vurğulayan dövlətimizin…

“Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etməyə hazırdır”

“Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı deyib. “Azərbaycana səfəri çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif…

G7 ölkələri Ukraynaya lazımi qədər kömək edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya qeyri-müəyyən müddət ərzində dəstək verəcəklər. Bu barədə bazar günü G7 ölkələri toplantısının bəyanat layihəsinə istinadən “Bloomberg” məlumat yayıb. Məlumata görə, sənəddə G7 ölkələrinin Ukraynanı lazım olanadək dəstəkləyəcəklərinə dair öhdəlik götürdükləri qeyd olunacaq.

Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

Kəlbəcərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə şəhərin baş planı təqdim edilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik…

Ukraynada müharibə nəticəsində azı 4662 mülki şəxs ölüb, 5803 nəfər yaralanıb

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyunun 22-si saat 00:00-a qədər mülki əhali arasında zərərçəkənlərin sayı 10 465 (bir gün əvvəl – 10 403) nəfər təşkil edib ki, onlardan da 4 662 (4 634) nəfəri həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb. “Mülki əhali arasında ölüm və ya yaralanma…