Danimarka Rusiyanın təcavüzü fonunda donanmasını yeniləyəcək
Danimarka yeni hərbi gəmilərə 40 milyard Danimarka kronu (5,5 milyard dollar) sərmayə qoyur. Ölkə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəniz təhlükəsizliyini gücləndirməyə çalışır. Bunu Danimarkanın müdafiə naziri Morten Bodskov bildirib. Önümüzdəki 20-25 il ərzində qoyulacaq sərmayə çərçivəsində Danimarkada yeni hərbi gəmilərin hazırlanması üçün ölkənin dəniz sənayesi ilə əməkdaşlığa başlanılıb. “Rusiyanın Ukraynaya hücumu və Avropada yeni təhlükəsizlik…










