Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək. Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq. Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib. Qeyd edək ki,…

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan…

Diaspor gəncləri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində əzəmətli Cıdır düzündə olublar. Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan!” “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər. Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə sözlə izah edilə bilməyəcək xoş və inanılmaz…

Britaniya Azərbaycanlıları Azərbaycan səfirliyinə hücumla bağlı bu ölkənin parlamentinə və daxili işlər nazirinə müraciət edib

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib. Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanır, Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə…

Gələcəkdə işsiz qalmamaq üçün abituriyentlər nələrə diqqət yetirməlidirlər?

Bir neçə gündür ki, Dövlət İmtahan Mərkəzi bütün ixtisas qrupları üzrə universitetlərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Artıq abituriyentlər arzuladıqları peşəyə yiyələnmək üçün seçim mərhələsindədir. Mövzu ətrafında Oxu.Az-ın suallarını karyera konsultantı Jalə Bənnayeva cavablandırıb. – Son illərin ən prioritet ixtisasları nələrdir? – Prioritet ixtisasları təyin etmək üçün son illərə nəzər salmaq lazımdır. Dünyəvi və lokal hansı proseslərin getdiyinə, istiqamətin…

Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir. Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb. Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə…

Zaxarovadan azərbaycanlı həmkarlarına dəstək

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”. Bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb. O, vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki. Zaxarovanın sözlərinə görə, belə hadisələr qeyri-adi haldır. “Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual verirəm: Siz harada olmusunuz?”,…

Blinken Azərbaycan Prezidentinə zəng edib

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib. Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat…