Zelenskinin Prezident Ofisi Xersonun azad edilməsi tarixini açıqladı

“Xerson yaxın vaxtlarda azad ediləcək. Bu, beş-yeddi gün, bəlkə də, iki-üç həftə ərzində baş verə bilər”. Bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç bildirib. Onun sözlərinə görə, Rusiyanın müdafiə ilə bağlı planları məlum deyil, lakin şəhərin ələ keçirilməsi qaçılmazdır. Arestoviç hesab edir ki, Ukrayna Silahlı Qüvvələri geri çəkilən qoşunlara maksimal dərəcədə atəş açsa da, Rusiya…

“Özbəkistan-Azərbaycan münasibətləri strateji əhəmiyyət daşıyır”

Özbəkistan-Azərbaycan münasibətləri strateji əhəmiyyət daşıyır. Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib. “Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim – bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz,…

“Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib”

“Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Səmərqənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşü zamanı bildirib. “Həqiqətən son vaxtlar biz çox yaxınlaşmışıq. Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri…

İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb. Dünyanın ən nüfuzlu 500 müsəlmanın adı olan siyahı (“The Muslim 500 – 2023”) Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub. İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin və…

Aİ İrana qarşı yeni sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək. Bu barədə çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok “Twitter” səhifəsində yazıb. “Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra biz İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq etdik. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik. Gələn həftə onu qəbul etmək istəyirik”, – deyə XİN…

Şimali Koreya növbəti dəfə ballistik raket atdı

Şimali Koreya yenidən Şərq dənizi istiqamətində qısa mənzilli ballistik raket atıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komandanlığından bildirib ki, ballistik raketin buraxılışı Cənubi Pxenyan əyalətinin Sukçon bölgəsindən qeydə alınıb. Raket maksimum 6 max sürəti ilə təxminən 300 km uçub və Cənubi Hamqyonq əyalətinin sahillərindəki sularda boş adaya düşüb. Cənubi Koreya hərbçiləri həmçinin raket zərbəsi zonası…

Ermənistanın kapitulyasiya aktına imza atmasından iki il ötür

Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından iki il ötür. 10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə…

Dünyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatıb

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük rəqəmdir. Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib. “İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu,…

Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb

Noyabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətində dörd hərbi administrasiyanın yaradılması barədə fərman imzalayıb. Dövlət başçısının 760 saylı fərmanı ilə Xerson vilayətində Skadovski rayonunun Dolmatovskaya kənd hərbi idarəsi, Skadovski rayonunun Qolopristan şəhər hərbi idarəsi, Kaxovka rayonunun Kaxovka şəhər hərbi idarəsi və Kaxovka rayonunun Krestovski kənd hərbi idarəsi formalaşdırılıb. Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş…