Polşa Belarusla sərhəddə hasar çəkir
Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb. Bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb. “Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, – məlumatda deyilir. Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur. Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri…










