Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər! Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm…

NATO-nun keçmiş komandanı Ukraynaya Krım körpüsünü partlatmağı məsləhət görüb

NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav Ukrayna Silahlı Qüvvələrinə (ASQ) Rusiyanı zəiflətmək üçün növbəti hədəfə diqqət yetirməyi tövsiyə edib. Bu barədə “The Times” yazır. Alyansın keçmiş komandanının sözlərinə görə, Kiyev Kerç boğazından keçən Krım körpüsünə hücum edə bilər. General körpüyə ABŞ-ın iyun ayında Ukraynaya tədarük etdiyi “Harpun” gəmi əleyhinə raketləri ilə zərbə endirməyi məsləhət görüb.…

“Rusiya ilə müharibədə dönüş nöqtəsi başlayır”

Rusiya ilə müharibədə artıq müəyyən dönüş başlayıb. Təkcə son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın kazarmaları və sursat anbarları ilə birlikdə düşmənin 16 mövqeyini məhv edib. Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. O, rusiyalı hərbçilərin kütləvi halda ruhdan düşdüklərini deyib. “Uzaqmənzilli silah və artilleriya pariteti bizə Ukrayna ərazilərini effektiv…

“Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq”

Bolqarıstanın baş naziri Kiril Petkov bəyan edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq. Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür. “Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı”,…

Paris Kiyevlə əməkdaşlıq müqaviləsini təsdiqlədi

Fransanın Paris Şəhər Şurası cümə günü yekdilliklə Fransa paytaxtı ilə Kiyev arasında əməkdaşlıq haqqında sazişi qəbul edib. Bu barədə “Avropa həqiqətləri” məlumat yayıb. Qeyd olunur ki, saziş Paris meri Ann İdalqonun aprel ayında Kiyevə səfəri zamanı imzalanıb. “Paris Kiyev xalqı ilə həmrəydir və Ukrayna paytaxtının bərpasında iştirak edəcək”, – deyə İdalqonun beynəlxalq əməkdaşlıq və frankofoniya üzrə…

ABŞ F-35-lərini Estoniyada yerləşdirir

Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti ABŞ-ın F-35 qırıcılarının Tallin yaxınlığındakı Emari aviabazasına yerləşdirildiyini açıqlayıb. Hazırda orada Fransanın “Mirage-2000” təyyarələri və Belçika F-16-larının yerləşdirildiyi vurğulanıb. Amerika qırıcıları Baltikyanı ölkələr üzərində hava məkanını qorumaq missiyasını gücləndirmək üçün aviabazaya gəlib. Qeyd edək ki, Baltikyanı ölkələrin öz hava məkanlarında patrul xidməti üçün uyğun təyyarələri yoxdur. Buna görə…

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il Azərbaycanda Qurban bayramı iyulun 9-u və 10-na təsadüf edir. Qeyd edək ki, Qurban bayramı – islam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Qurbankəsmə ayini təmiz şəraitdə, münasib yerlərdə icra edilməlidir.…

Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu AÇIQLADI

Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, məsələni G7 (Böyük Yeddilik) ölkələri və Kiyevə belə təhlükəsizlik zəmanəti verməyə hazır olanlar arasında müzakirə etmək lazım gələcək. “Almaniya onlara daxil olan ölkələrdən biridir”, – deyə Şolts qeyd edib. O, əlavə edib ki, bu təminatlar “NATO müqaviləsinin 5-ci maddəsinə uyğun…

Yerin atmosferində yeni ozon dəliyi tapıldı

Kanada alimləri yeni ozon dəliyi kəşf ediblər. O, Antarktikadakı ozon dəliyindən yeddi dəfə böyükdür. Ehtimala görə, yeni dəlik 1980-ci illərdən bəri tropik bölgələrin üzərində əmələ gəlsə də, yalnız indi tapılıb. İlkin hesabatlar göstərir ki, ekvatorial bölgələr üzərində ozonun tükənməsi səviyyələri artıq yerli canlıların böyük populyasiyalarını təhdid edir. Belə ki, bu bölgələrdə radiasiya gözləniləndən xeyli artıqdır.

Zelenski Consonun istefasına reaksiya bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, Boris Consonun Böyük Britaniyanın baş naziri postundan istefası Londonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinə təsir etməyəcək. Bu barədə Zelenski CNN telekanalına müsahibəsində bildirib. Dövlət başçısı Consonu “Ukraynanın əsl dostu” adlandırıb və onun istefasından sonra Britaniyanın Ukrayna ilə bağlı siyasətinin yaxın gələcəkdə dəyişməyəcəyinə əminliyini ifadə edib. Zelenski həmçinin əlavə edib…