Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasını boykot etdi
“Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibində Rusiyanın təmsilçiliyi qaldığı müddətcə assambleyanın işini boykot edəcək”. Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” prezident fraksiyasından olan deputat Yevgeniya Kravçuk deyib. “Bu gün biz, Ukrayna nümayəndə heyəti ATƏT PA-nın işini boykot edirik. Bu beynəlxalq təşkilat rusiyalıların orada iştirakına münasibətini formalaşdırana qədər bu davam edəcək”,…










