“Xeops” kosmik teleskopu qəribə formalı ilk belə planet tapdı

Astrofiziklər güclü gəl-get qüvvələrinə görə forması kürədən çox reqbi topunu xatırladan ilk planeti tapıblar. Bu barədə “RİA Novosti” “Astronomy & Astrophysics” jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadən məlumat yayıb. WASP-103b planeti Herkules bürcündə, bir neçə işıq ili uzaqlıqda yerləşir. O, Yupiterdən təxminən iki dəfə böyükdür, ondan bir yarım dəfə massivli və Yerin Günəşlə müqayisəsində öz…

Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək bəyanatı qəbul edib

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağalmasını arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb…

Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. “Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli…

Rusiya KTMT kontingentinin Qazaxıstandan nə vaxt çıxacağını bəyan etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstandakı vəziyyət tam sabitləşdikdən sonra missiyasını başa vuracaq. Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib. “Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən tapşırıqların icrası təbii ki, Qazaxıstan Respublikası rəhbərliyinin qərarı ilə ölkədə vəziyyət tamamilə sabitləşənə qədər həyata keçiriləcək” – Rusiya MN başçısı vurğulayıb. Onun sözlərinə görə, hazırda KTMT…

Hindistan səsdən sürətli qanadlı raketin sınağını həyata keçirib

Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib. Bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb. Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyasını sınaqdan keçirmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir. Hazırda “Visakhapatnam” esminesinin silahlanmasında…

Deputat Elman Nəsirovdan üzr istədilər – Video

Xaricdə milli dönüklərimizə “əlcək”,Vətəndə isə “əl çək!” deyirlər Əziz dostlar, son günlər milli dönüklər mənə qarşı şər-bohtan ifraz etmək kampaniyasını intensivləşdiriblər. Görünür fəal və prinsipial siyası mövqeyim onların yuxusuna haram qatıb. Ən pisi isə odur ki, sadə insanlar belə böhtan kampaniyasının özləri də bilmədən iştirakçısına çevrilirlər. Milli satqınların yaydığı dezinformasiyanı tirajlayırlar. Ancaq həqiqət gec-tez öz…

ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlar…

Qərb Ukraynanın NATO-ya daxil olması məsələsində Rusiyanın “istək siyahısı”nı qəbul etməkdən imtina etdi. ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlarda bu, açıq şəkildə ifadə edilib. Bu barədə Platform4.news-a Ukraynadan həmyerlimiz, politoloq Qulu İbrahomov bildirib. “Onlar Rusiyanın İstək Siyahısını rədd etdilər. Bu o deməkdir ki, Qərb qəbuledilməz ultimatumlar irəli sürəndə Rusiya ilə heç vaxt danışmayacaq. Başqa…

İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib. Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası…

Qazaxıstanda general özünü güllələyərək intihar edib

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib. “Komsomolskaya Pravda” xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu…

Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər

Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib. O, qeyd edib ki, hazırda həmin hissə ilə yük qatarları hərəkət edir: “Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi…