Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə
Ukraynadan təxliyə olunan həmvətənlərimizin əsasən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi almaq üçün müraciət etdiyini nəzərə alaraq, aşağıdakı məlumatı diqqətə çatdırırıq. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri təqdim edilməlidir: – Etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli; – Etibarlı, yaxud etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv…










