Ermənistan ilkin şərt irəli sürmədən demarkasiyaya hazırdır

“Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt irəli sürmədən həyata keçirilməsinə hazırdır”. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib. “Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan –…

Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə…

“Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. O deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq…

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunur

Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırır. Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin toplantısında müzakirə edilərək plenar iclasa tövsiyə…

2040-cı ildən bu ölkələrdə quraqlıq yaşanacaq

Əhalinin sürətlə artımı, sənaye və kənd təsərrüfatının inkişafı yaxın onilliklərdə sudan daha geniş istifadə olunacağını deməyə əsas verir. Bu cür vəziyyət isə, onsuz da az olan içməli su ehtiyatlarına çıxışın daha da məhdudlaşacağı ilə bağlı riskləri artırıb. Dünya Ehtiyatlar İnstitutu tərəfindən aparılan araşdırma nəticəsində 2040-cı ildə ən çox su problemi yaşayacaq ölkələrin adları məlum olub.…

“20 Yanvar faciəsindən Zəfərə dogru” mövzusunda anım tədbiri təşkil edilib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə “20 Yanvar faciəsindən Zəfərə Dogru” mövzusunda anım tədbiri keçirilib. Onlayn formatda baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Milli Məclisin təmsilçiləri, elm xadimləri, TADEF-in üzvü olan 22 dərnəyin, yerli ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər. Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin, eləcə…

İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırdı və Fransanın Avropa İttifaqına sədrliyinin uğurla həyata keçiriləcəyinə və səmərəli olacağına…

Bayden Rusiyanı misli görünməmiş sanksiyalarla hədələdi

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr. Baydenə görə, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. O, Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib. “Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, – Bayden prezidentliyinin 1-ci ildönümünə həsr…

Putin addım atsa, dollar bahalaşacaq

İqtisadçılar Ukrayna ilə Rusiya arasında gərginliyin artacağı təqdirdə Rusiya valyutasının ən azı 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıblar. “Renaissance Capital” investisiya bankının analitikləri hadisələrin arzuolunmaz istiqamətdə getdiyi təqdirdə sərt sanksiyalar paketinin qaçılmaz olduğunu bildirirlər. Ekspertlərin fikrincə, bu halda 76-77 rubl səviyyəsində olan dolların məzənnəsi 85-90 rubl diapazonuna yüksələ bilər. İqtisadçılar hərbi ssenarinin reallaşma ehtimalının 15 faiz…

ABŞ 4 rusiyapərəst ukraynalıya sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalarla bağlı nazirlik xüsusi bəyanat yayıb. Sanksiyalar siyahısına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərinin sabiq müavini Vladimir Sivkoviç, Ali Radanın deputatları Taras Kozak, Oleq Voloşin və sabiq deputat Vladimir Oleynik əlavə edilib.

Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib. Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir: “Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”. Onun sözlərinə görə, regionda…