Soydaşlarımız Ukraynadan geri çağırılacaq?

“Diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan təlimat gəlməyib”. Platform4.news xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib. “Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda…

Avstriya da Ukraynaya getmək istəyənlərə xəbərdarlıq etdi

Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib. Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Bildirilib ki, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya, İvano-Frankovsk və Çernivitsi) istisna olmaqla Ukraynanın digər ərazilərinə səfərdən çəkinmək tövsiyə olunub. Həmçinin, yuxarıda qeyd edilən qərb regionlarından başqa ərazilərdə olan Avstriya vətəndaşlarına ərazini…

Donbasdan təxliyə edilənlərin sayı açıqlandı

Donbas bölgəsindən 53 mindən çox sakin təxliyə edilib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumta verib. Onun sözlərinə görə, bu gün axşam saatlarına qədər Donbasın ümumilikdə 53 mindən çox sakini Rusiya ərazisinə təxliyə edilib. Onun sözlərinə görə, sakinlərin təxliyəsi üçün 142 avtobus təşkil edilib. Onlar…

Ukraynada ilk dəfə “Qarabağ” mövzusu müdafiə olundu

2022-ci il fevral ayının 18-də Ukraynanın Kiyev şəhəri  V.İ. Vernadskiy adına Tavriya Milli Universitetində soydaşımız Qulu İbrahimov “Qarabag münaqişəsinin siyasi və hüquqi  təhlili” mövzusunda “Politologiya” ixtisası üzrə dissertasiyasını müdafiə edərək magistr diplomuna layiq görüldü. Qeyd olunan mövzuda XIX əsrdə ermənilərin qədim Azərbaycan torpağlarına gətirilmələri, 1990 cı illərdə Azərbaycan Respublikasının  20% ərazisinin işğal olunması, bir milyondan…

Sumqayıt Gənclər Evində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin Sumqayıt şəhərində Sumqayıt Gənclər Evində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra layihə rəhbəri, İctimai birliyin sədr müavini Qorxmaz Paşayev…

50 nəfərin iştirakı ilə Xocalı-30 videoçarxı hazırlanıb – VIDEO

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkə vətəndaşlarının və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı videçarx hazırlayıb. “Xocalıya ədalət”, “Xocalını unutmadıq” şüarlarının müxtəlif dillərdə səsləndiyi videoçarxda 50 nəfər iştirak edib. Hər bir xalqın nümyəndəsi bu şüarları öz dilində səsləndirib. Xocalı-30 videoçarxı…

“Kadr seçimində tanışlıq, qohumluq əlaqələri aradan qaldırılmalıdır”

“Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq”. Bunu Prezident İlham Əliyev  Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, ona…

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində…

NATO əsgərlərinin hazırlıq səviyyəsini yüksəldir

NATO “Rusiya Federasiyası ilə böhran” halında alyansın minlərlə əsgərinin hazırlıq səviyyəsini yüksəldir. Bu barədə Almaniyanın DPA nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət çevik reaksiya qüvvələrindən  gedir. “NATO Rusiya ilə böhrana görə minlərlə əsgərin hazırlıq səviyyəsini yüksəldir”, – mənbə bildirib. Qeyd olunur ki, çevik reaksiya qüvvələri münaqişə bölgəsinə əvvəlki kimi 30 gün deyil,…