Ukrayna ABŞ-dən qış mövsümü üçün əlavə qaz istəyib

Ukraynanın “Naftoqaz” şirkəti ABŞ-dən qış dövrü üçün əlavə qaz istəyib. Bu barədə şirkətin rəhbəri Aleksey Çernışov ABŞ-nin Avropa və Asiya üzrə Beynəlxalq İnkişaf Agentliyinin sədri Erin Makki ilə görüşdən sonra öz “Facebook” səhifəsində yazıb. A.Çernışov əlavə edib ki, görüşdə metanol, qaz kompressorları, dizel generatorları, eləcə də qaz hasilatı avadanlığı kimi materiallar üzrə yardıma dair müzakirələr də aparılıb.…

“Xersondan qaçan rusiyalılar Melitopolda qarət və təcavüz cinayətləri törədirlər”

“Ukraynanın müvəqqəti işğal olunmuş Melitopol şəhərində kriminal vəziyyət daha da kəskinləşib. Dnepr çayının sağ sahilindən geri çəkilmiş rusiyalı əsgərlərin şəhərə gəlməsi durumu bir az da pisləşdirib”. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat verib. Bildirilib ki, Xersondakı məğlubiyyətdən sonra şəhərdə xeyli sayda rusiyalı yerləşdirilib. Onların intizam səviyyəsi isə olduqca aşağıdır. Belə ki, rusiyalı əsgərlər mağazaları…

Kuleba NATO ölkələrinə çağırış etdi

“NATO ölkələri təcili olaraq silah istehsalını artırmalı, həmçinin müdafiə sənayesinə investisiyaları çoxaltmalıdır”. Bu fikirləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı Buxarestdə iki günlük iclas üçün bir araya gələcək NATO xarici işlər nazirlərinin görüşündən əvvəl deyib. Nazirlərin görüşündə məqsəd Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirəsidir. “Biz bugünkü döyüşlərdə mübarizə apararkən sabahkı döyüşlərdə necə vuruşacağımızı düşünməliyik”, –…

ABŞ və Rusiya Ukraynada təmasda olublar

ABŞ və Rusiya hərbçiləri Ukraynadakı müharibə zamanı yalnız bir dəfə xüsusi rabitə xəttindən (“dekonfliktinq” xətti) istifadə edərək təmas qurublar. Mənbə iddia edir ki, Vaşinqton Ukraynada kritik infrastrukturun yaxınlığında Rusiyanın hərbi fəaliyyəti ilə bağlı narahatlığını bildirmək üçün Rusiya tərəfi ilə “dekonfliktinq” xətti vasitəsi ilə əlaqə yaradıb. Qeyd edək ki, sözügedən xüsusi rabitə xətti ABŞ Müdafiə Nazirliyinin Avropa…

“Rusiya sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur”

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən…

TDT-nin yeni baş katibindən Şuşa ilə bağlı AÇIQLAMA

“Türk Dövlətləri Təşkilatı (TDT) Şuşa şəhərinin türk dünyasının mədəniyyət mərkəzi kimi tanıdılması üçün gələn il üzv ölkələrin müvafiq qurumları ilə birgə irimiqyaslı tədbirlər keçirəcək, layihələr reallaşdıracaq”. Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında TDT-nin yeni Baş katibi Kubanıçbek Ömüralıyev bildirib. Onun sözlərinə görə, bu fəaliyyətlər xüsusilə Şuşanın, Qarabağın və bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə daha geniş şəkildə tanınması…

Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

“Türkiyənin terrorla mübarizə planları heç kimi narahat etməməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra Ankaranın qonşu İraq və Suriyada yerləşən PKK silahlılarına qarşı durmaq əzmində olduğunu təsdiqləyib. Hökumətin iclasından sonra çıxış edən dövlət başçısı həmçinin bildirib ki, Türkiyə öz torpaqlarını terror hücumlarından qorumaq üçün icazə istəmək niyyətində deyil. “Türkiyə ərazisini müdafiə etmək və xarici təhdidləri dəf etmək üçün heç kimdən…

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya olmadan keçiriləcək”

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya Federasiyasının nümayəndəsinin iştirakı olmadan keçiriləcək”. Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib. O qeyd edib ki, tədbir Polşanın Lodz şəhərində baş tutmalıdır. “ATƏT Nazirlər Şurası ilk dəfə rusiyalı nazir olmadan keçiriləcək. Və bu, doğru variantdır – onun orada işi yoxdur. Onlar yalnız danışıqları imitasiya…

“Lukaşenko panikadadır”

“Belarus xarici işlər naziri Vladimir Makeyin qəfil ölümündən sonra Prezident Aleksandr Lukaşenko ciddi qorxuya düşüb. O, aşpazın, mühafizəçinin və xidmətçilərin dəyişdirilməsini əmr edib”. Bu barədə Rusiya müxalifət nümayəndəsi Leonid Nevzlin “Twitter” hesabında bildirib. Nevzlin Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələrə istinadən qeyd edib ki, Makeyin ölümü təbii olmayıb, onu zəhərləyiblər. “Belarus xarici işlər naziri Vladimir…