Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq
“Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir”. Bu barədə Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev bildirib. Onun sözlərinə görə son 15 ildə Ankara Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub. “Ölkəmiz isə Türkiyəyə 1,13 milyard dollar sərmayə qoyub. Türkiyə Qazaxıstanın ən böyük 10 investoru sırasındadır”,…










