Pakistan Hindistanın S-400 sistemlərinə qarşı tədbirlər görür
Hindistan Hərbi Hava Qüvvələri Pakistan yaxınlığındakı Pəncab vilayətində yerləşən aviabazalardan birində Rusiyadan alınan S-400 “Triumf” Zenit-Raket Komplekslərinin (ZRK) ilk partiyasını yerləşdirib. Pakistan ZRK-nın yerləşdirilməsindən sonra Hindistan tərəfdən yaranan təhlükə ilə mübarizə aparmaq üçün tədbirlər gördüyünü təsdiqləyib. Pakistan ordusunun nümayəndəsi, general-mayor Babar İftixar bildirib ki, ordu Hindistanın son yerləşdirmə və satınalmalarından xəbərdardır. “Biz tədbirlərimizi gördük və…










